Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yanvar ayında vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar və ödənilməli vergilər

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2019-cu ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2020-ci ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
 

2019-cu ilin dekabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

- Əlavə dəyər vergisinin bəyannaməsi,

- Aksiz bəyannaməsi,

- Yol vergisinin bəyannaməsi,

- Mədən vergisinin bəyannaməsi,

- Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və

- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
 

- Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

- 2019-cu ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları Sadələşdirilmiş verginin bəyannaməsi (1 nömrəli Əlavə ilə , zərurət olduqda 2 və 3 nömrəli Əlavələr ilə birlikdə) 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

- 2019-cu ilin 4-cü rübünə görə vergi ödəyiciləri tərəfindən Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

- Xüsusi notariuslar gəlir vergisi bəyannaməsini

2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim etməli və 2019-cu ilin dekabr ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
 

- Dövlət rüsumunun tutulması barədə hesabat

2020-ci ilin yanvar ayının 21-dək vergi orqanına təqdim edilməli, notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.
 

2019-cu ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən

- Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat

- İşsizlik sığortası üzrə rüblük hesabat

- 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli

- 2019-cu ilin dekabr ayı üzrə hesablanmış sığorta haqları isə 2020-ci ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağsız formada dövlət büdcəsinə ödənilməlidir. 
 

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

- ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2019-cu ilin dekabr ayı üzrə hesablanmış vergi 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
 

-  Digər vergi ödəyiciləri tərəfindən (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2019-cu ilin dekabr ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
 

Qeyd: 20.01.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2020-ci il tarixə keçirilmişdir.

PDF yükləyin