İqtisadiyyat naziri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini, Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Pyer Devin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, həmçinin Azərbaycan Respublikası və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.