Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi öhdəliklərinə dair (Məlumat Forması)

Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixindən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi öhdəliklərinin vahid metodla - ƏDV və mənfəət vergisinin ödəyicisi kimi yerinə yetirilməsi nəzərdə tutulur. Bu zaman tikinti-quraşdırma işlərinə 2019-cu il 1 dekabr tarixindən başlamış vergi ödəyiciləri həmin tikinti-quraşdırma işləri üzrə vergitutma metodunu 2020-ci il 1 yanvar tarixinədək seçmək imkanına malikdir. Belə vergi ödəyiciləri tikinti-quraşdırma işləri üzrə seçdiyi vergitutma metodu barədə Məlumat Formasını 2020-ci il 1 yanvar tarixinədək qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir.