Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin müavini Saatlıda vətəndaşları qəbul edib

Dekabrın 18-də Vergilər nazirinin müavini Mətin Eynullayev Saatlı şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Şirvan şəhəri, Saatlı, Hacıqabul, Salyan, Neftçala və Sabirabad rayonlarının sakinləri iştirak ediblər.

Vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergi uçotu, vergi nəzarəti tədbirlərinin nəticələri, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.

Müraciətlər dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyəti üzrə tapşırıqlar verilib.