Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin müavini Siyəzəndə vətəndaşları qəbul edəcək

Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Sahib Ələkbərov noyabrın 27-də Siyəzən şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev küçəsi, 135a) Abşeron, Xızı, Siyəzən, Qubadlı, Zəngilan, Şuşa rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşları qəbul edəcək. 
Qəbula gəlmək istəyən vətəndaşlar 20-25 noyabr 2019-cu il tarixlərində Sumqayıt şəhərində fəaliyyət göstərən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Xırdalan və Siyəzən rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.