Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi işçisi dünya çempionu oldu

Azərbaycan Kikboksinq Federasiyasının üzvləri oktyabrın 30-dan noyabrın 3-dək İtaliyanın Karara şəhərində keçirilmiş Kikboksinq WKA versiyası üzrə dünya çempionatında qələbə qazanıblar.

Vergilər Nazirliyinin Audit Baş İdarəsinin əməkdaşı Azər Aslanov da rinqdə öz gücünü nümayiş etdirərək qızıl medala layiq görülüb.

Kikboksinq Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Adil Əliyev Azər Aslanovu qəbul edərək, çoxsaylı ölkənin iştirak etdiyi dünya çempionatında Azərbaycanın Dövlət Himnini səsləndirməsi və bayrağımızı dalğalandırması münasibətilə təbrik edib.

Qeyd edək ki, Azər Aslanov bundan öncə də bir neçə dəfə dünya çempionu və dünya kubokunun qalibi olub.