Vergilər nazirinin birinci müavini Xaçmazda vətəndaşları qəbul edəcək
Xaçmaz, Quba, Qusar və Şabran rayon sakinlərinin nəzərinə!
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov noyabrın 14-də Xaçmaz şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: H.Əliyev prospekti) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr 2019-cu il tarixlərində 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Xaçmaz, Quba, Qusar və Şabran rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.