Vergi xidməti əməkdaşları arasında mini-futbol yarışı keçirilib
Vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi məqsədilə Vergilər Nazirliyinin struktur bölmələrinin arasında mini-futbol yarışları keçirilib. Bu, vergi xidməti əməkdaşları arasında daxili kommunikasiyanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən sosial-mədəni tədbirlərdən biridir. Oktyabr ayının 5-də başlanan və vergi xidmətinin struktur bölmələrinin iştirak etdiyi yarışlar 4 həftə davam edib. Yarışlarda Bakı və Sumqayıtın vergi orqanlarını təmsil edən 8 komanda iştirak edib.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin komandası yarışın qalibi olub. 2-ci yeri 2 saylı Ərazi Vergilər Baş İdarəsinin, 3-cü yeri Vergilər Nazirliyinin aparatının komandaları tutublar.
Qalibləri təbrik edən Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov mini-futbol yarışlarının vergi xidməti əməkdaşlarının idmana marağının yüksəldilməsi və asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi daşıdığını bildirib. Kollektiv oyunların işçi heyətinin motivasiyasının yüksəldilməsində mühüm rol oynadığını qeyd edən nazirin birinci müavini yarışda iştirak edən bütün komandaları təbrik edib.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İlk 3 yeri tutan komandalar diplom və medallarla mükafatlandırılıblar.