Vergilər nazirinin müavini Sahib Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edib
Oktyabrın 24-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Hacıqabul, Salyan, Neftçala, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak ediblər.
Qəbula gələn vətəndaşlar, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, məcburi sosial sığorta ödəmələri, vergi borcları, vergi orqanlarında işə qəbul və bərpa, habelə digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.