Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin müavini Bərdədə vətəndaşları qəbul edib

Oktyabrın 21-də Vergilər nazirinin müavini Mətin Eynullayev Bərdə şəhərində Bərdə, Yevlax, Şəki, Ağdam, Tərtər rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edib.

Qəbulda vergi qanunvericiliyinin tətbiqi, vergi orqanlarında işlə təmin olunma, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlərlə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.