Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 17-də Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp ilə görüşüb.

Tanışlıq məqsədi daşıyan görüşdə qonağa ölkəmizdə aparılan makroiqtisadi islahatlar, həmçinin vergitutma ilə bağlı qanunvericilik və inzibatçılıq sahəsində mövcud olan yeniliklər barədə məlumat verilib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud durumu və gələcək perspektivləri, həmçinin müxtəlif sferalarda strateji əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.