Vergilər naziri Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
Vergilər naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.
Tanışlıq məqsədi daşıyan görüşdə Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin vergi sahəsində həyata keçirilən son yeniliklər barədə məlumat verilib. Görüşdə ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələr, qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.