Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin birinci müavini Masallıda vətəndaşları qəbul edəcək

 

Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 15 oktyabr 2019-cu il tarixində Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Füzuli küçəsi, 6) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 8-11 oktyabr 2019-cu il tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.