Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin birinci müavini Beyləqanda vətəndaşları qəbul edib

Sentyabrın 20-də Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Beyləqan şəhərində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsində vətəndaşları qəbul edib.
Qəbulda Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarının sakinləri iştirak ediblər. Qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.