Vergilər nazirinin müavini Cəlilabadda vətəndaşları qəbul edəcək
Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayon sakinlərinin nəzərinə!
Vergilər nazirinin müavini Mətin Eynullayev 23 sentyabr 2019-cu il tarixində Cəlilabad şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: Heydər Əliyev prospekti) Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 sentyabr 2019-cu il tarixlərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Cəlilabad, Astara, Lerik, Masallı və Biləsuvar rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.