Vergilər Nazirliyində görüş keçirilib
Vergilər naziri Mikayıl Cabbarov Litva Respublikasının Azərbaycandakı səfiri cənab Valdas Lastauskasla ilə görüşüb. Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə nazir Mikayıl Cabbarov səfir Valdas Lastauskasun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi qeyd edilib, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.