Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

İyulun 22-də Vergilər nazirinin müavini Mətin Eynullayev Qax şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.

Qəbulda Qax, Zaqatala və Balakən rayonlarından olan sakinlər iştirak ediblər. Görüş zamanı vətəndaşlar əsasən, vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, həmçinin vergi orqanlarına işə qəbulla bağlı bir sıra məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.