Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşları qəbul edib
İyun ayının 21-də vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Ucar şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, uçot, əmək münasibətləri, vergi orqanlarında işlə təminat sahəsində vətəndaşların qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.
Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.