Vergilər Nazirliyində görüş keçirilib
Vergilər naziri Mikayıl Cabbarov Xəzər Araşdırmalar Mərkəzinin İdarə Heyətinin üzvü Robert Sekuta ilə görüşüb.
Görüşdə Azərbaycan iqtisadiyyatında, o cümlədən vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verilib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.