Vergilər naziri Zaqatalada vətəndaşları qəbul edəcək
Zaqatala, Balakən və Qax rayon sakinlərinin nəzərinə!
Vergilər naziri Mikayıl Cabbarov 21 iyun 2019-cu il tarixində Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Zaqatala şəhəri, Nizami küç. 1) Zaqatala, Balakən və Qax rayonlarından olan sakinləri qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun 2019-cu il tarixlərində Zaqatala şəhərində fəaliyyət göstərən 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə Balakən və Qax şəhərlərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.