Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşları qəbul edəcək
Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayon sakinlərinin nəzərinə!
Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 21 iyun 2019-cu il tarixdə Ucar şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (Ünvan: H.Əliyev prospekti, döngə 2.) Ucar, Göyçay, Kürdəmir, Ağdaş və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 18-20 iyun 2019-cu il tarixlərində Göyçay şəhərində yerləşən 9 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun şəkildə ifadə edən ərizə ilə müraciət etsinlər.