“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, №– 7, maddə 1315) ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2019-cu il.
N 724
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Baham adaları
6. Barbados
7. Beliz
8. Bermud
9. Britaniya Vircin adaları
10. Cersi
11. Cəbəlüttariq
12. Dominika
13. Fici
14. Honq-Konq (ÇXR)
15. Kabo Verde
16. Kayman adaları
17. Kuk adaları
18. Qrenada
19. Liberiya
20. Lixtenşteyn
21. Maldiv adaları
22. Marşal adaları
23. Monako
24. Montserrat
25. Niue
26. Palau
27. Panama
28. Samoa
29. Sent Lusiya
30. Sent Vinsent və Qrenadin
31. Sent-Kits və Nevis
32. Tailand
33. Tayvan (ÇXR)
34. Törks və Kaykos adaları
35. Trinidad və Tobaqo
36. Vanuatu
37. Vircin adaları (ABŞ)