Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib

İyunun 14-də vergilər nazirinin müavini Mətin Eynullayev Ağsu rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vergi qanunvericiliyivə inzibatçılığı, həmçinin vergi nəzarəti tədbirlərinin nəticələrinə yenidən baxılması, vergi orqanlarına işə qəbul və bərpa olunma ilə bağlı bir sıra məsələlərə baxılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.