Vergilər Nazirliyində görüş keçirilib
Vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri cənab Vaxtanq Laşkaradze ilə görüşüb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və onun daha da genişləndirilməsi imkanları ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.