Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Media və vergi” mövzusunda keçirilən təlimlərə yekun vurulub

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün “Media və vergi” mövzusunda keçirilən təlimlər başa catıb.

Layihənin məqsədi gənc jurnalistlərin vergi sistemi haqqında ilkin biliklərə yiyələnməsini stimullaşdırmaq, vergi mövzusunda xəbər, təhlil və araşdırmaların kütləvi informasiya vasitələrində daha keyfiyyətli və düzgün işıqlandırılmasını dəstəkləməkdir.

Təlim zamanı vergi sisteminin müxtəlif sahələri ilə bağlı mövzular diqqət mərkəzində  olub. Tədbirdə, həmçinin, vergi ilə bağlı xəbər və analitik təhlillərin hazırlanması, informasiya böhranı zamanı vəziyyətdən çıxış yolları, vergi sahəsində məlumatlandırma və maarifləndirmə, sosial media marketinqi, media ilə iş prinsipləri, PR işinin düzgün təşkili ilə bağlı təqdimatlar edilib, praktik məşğələlər keçirilib, tələbə-jurnalistlərin sualları cavablandırılıb.

Bildirilib ki, layihənin gerçəkləşməsi iqtisadi, habelə vergilər haqqında biliklərə malik ixtisaslaşmış gənc jurnalistlərin formalaşması işinə dəstək olmaqla yanaşı, yeni nəsil media işçiləri ilə Vergilər Nazirliyi arasında gələcək əməkdaşlığın təməlini qoyacaq.

Xatırladaq ki, Vergilər Nazirliyi vergilərin ödənilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq məlumatlandırma və maarifləndirmə işləri aparır. Xüsusilə gənc nəslin, o cümlədən tələbələrin vergilər barədə bilik və anlayışlarının artırılması istiqamətində müxtəlif tədbirlər, konfrans və seminarlar təşkil olunur, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar verilir, müsabiqə və olimpiadalar keçirilir.