Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib
Mayın 25-də vergilər naziri Mikayıl Cabbarov Göyçay şəhərində 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Qəbulda Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinləri iştirak edib. Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyatı tapşırıqlar verilib.