Vergilər naziri Göyçay rayonunda vətəndaşları qəbul edəcək
Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhəri sakinlərinin nəzərinə!
Vergilər naziri Mikayıl Cabbarov 25 may 2019-cu il tarixində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Göyçay şəhəri, Əli Kərim küç. 112A) Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonları və Mingəçevir şəhər sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 21-24 may 2019-cu il tarixlərində Göyçay rayonunda 9 saylı Ərazi Vergilər İdarəsinə, Yevlax rayonunda 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Kürdəmir, Ağdaş, Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.