Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi işçiləri təltif olunublar

Mayın 10-da Vergilər Nazilriyində vergi orqanlarında fəaliyyətinə görə xüsusi fərqlənən əməkdaşların dövlət mükafatları ilə təltif edilməsinə həs olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Mikayıl Cabbarov mükafatlandırma mərasiminin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü gününə təsadüf etdiyini bildirib və müstəqil dövlətin qurulması tarixində ulu öndərin rolunu bir daha xatırladıb. 

Vergilər naziri vurğulayıb ki, ver­gi xid­mə­ti işçilə­ri­nin pe­şə bay­ra­mı ilə əlaqədar bir qrup vergi xidməti əməkdaşının medallarla təltif edilməsi barədə cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar onun vergi xidməti əməkdaşlarına göstərdiyi etimad və dəstəyin bariz təzahürüdür. Bu münasibətlə yüksək dövlət mükafatlarına layiq görülən əməkdaşları təbrik edən vergilər naziri, bu məsul və şərəfli işlərində onlara uğurlar arzulayıb.

Sonra Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölkədə biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsindəki səmərəli fəaliyyətinə və vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə vergi xidməti işçilərinin peşə bayramı ərəfəsində təltif olunmuş Vergilər Nazirliyinin bir qrup əməkdaşına ali dövlət mükafatları – “Vətənə xidmətə görə” ordeni, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları təqdim olunub.

Vergilər nazirinin müavini İlkin Vəliyev “Tərəqqi” medalı ilə, Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentinin baş direktoru Azər Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə,  əməkdaşlar Elçin Namazlı, Elnur Yusifov, Nicat Həsənov, Fərid Hacıyev «Dövlət qulluğunda fərqlənməyə görə»,  Şöyüb Məmmədov, Azər Cəfərov, Asəf İmanov, Kamal İskəndərov «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Bundan başqa Vergi siyasəti departamentinin  baş direktoru Samirə Musayeva, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi departamentinin  baş direktoru Məhəmməd Yunusov, əməkdaşlar Akif Osmanov, Rövşən Məmmədov «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı ilə,  Elşən Rəhimli,   Maya Əliyarzadə, Fariz Yadigarov, Arzu Xəlilova «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Tədbirdə həmçinin, vergi orqanında xidmət etdiyi dövrdə qüsursuz fəaliyyətilə fərqləndiklərinə görə vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təltif olunan bir qrup əməkdaşa Fəxri Fərmanlar təqdim ounub.