«Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»nın təsdiq edilməsi haqqında Qərar N 118
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Bakı şəhəri, 27 avqust 2004-cü il
«Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli, 9 nömrəli Fərmanının 6-cı bəndinin yeddinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2004-cü il, №– 8, maddə 662).
24 fevral 2005-ci il tarixli, 34 nömrəli; 13 mart 2006-cı il tarixli, 71 nömrəli; 28 fevral 2009-cu il tarixli, 36 nömrəli; 5 oktyabr 2009-cu il tarixli, 164 nömrəli; 2 mart 2012-ci il tarixli, 51 nömrəli; 13 iyun 2014-cü il tarixli, 194 nömrəli; 25 avqust 2014-cü il tarixli, 290 nömrəli; 25 may 2016-cı il tarixli, 203 nömrəli; 14 mart 2017-ci il tarixli, 88 nömrəli Qərarlara əsasən dəyişikliklər və əlavələrlə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmişdir
Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar «Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 dekabr tarixli, 9 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında müəssisə və təşkilatların, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra — təşkilatlar və fərdi sahibkarlar) iş xüsusiyyətlərinə uyğun olaraq istifadə etdikləri ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarını müəyyən edir.
1.1-1. Bu Qaydalarla müəyyən edilmiş tələblər elektron qaimə-fakturaya şamil edilmir.
1.2. Ciddi hesabat blankları (vergi hesab-fakturaları Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Hökümət Ödəniş Portalının və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən «Poçt-maliyyə xidmətləri» Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.
1.3. Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şəxslər həmin blankların üzərinə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən aldıqları xüsusi seriyaları həkk etməlidirlər.
1.4. Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir.
1.5. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Hökümət Ödəniş Portalının və «Poçt-maliyyə xidmətləri» Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir.
1.6. 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü, 2.3-cü, 3.5-ci, 3.6-cı, 3.7-ci, 3.8-ci, 3.9-cu və 3.10-cu bəndlərin müddəaları «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Hökümət Ödəniş Portalının və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən «Poçt-maliyyə xidmətləri» Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir.
II. Ciddi hesabat blanklarının tərtibi
2.1. Ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə aşağıdakı zəruri rekvizitləri əks etdirməlidir:
2.1.1. ciddi hesabat blanklarının sifarişçisi (vergi hesab-fakturaları istisna olmaqla):
- fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı və VÖEN-i;
- hüquqi şəxs olduqda adı və VÖEN-i;
2.1.2. ciddi hesabat blanklarını çap edən şəxsin adı və VÖEN-i, bu blankları təkrar çapdan müdafiə etmək məqsədi ilə gizli nişanları (xüsusi emblemi, toru, qoloqramı, su nişanları, xüsusi gizli nişanlarından istifadə etməklə, blankların müxtəlif yerlərində şəxsin adı və VÖEN-i);
2.1.3. ciddi hesabat blanklarının adı, seriya və nömrəsi;
2.1.4. təsərrüfat əməliyyatlarının məzmununu və ölçülərini əks etdirən məlumat qrafaları.
2.2. Təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərindən, təsərrüfat əməliyyatlarının xarakterindən asılı olaraq, ciddi hesabat blanklarına (vergi hesab-fakturaları istisna olmaqla) əlavə rekvizitlər daxil edilə bilər.
2.3. Əllə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə doldurulmalı, rəqəmlər dəqiq oxunmalı, qaralamalara və düzəlişlərə yol verilməməlidir. Qaralamalara, düzəlişlərə yol verilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır.
Ciddi hesabat blankları doldurularkən, onun boş qalmış sətirləri və sütunları xətlənməlidir.
2.4. Ciddi hesabat blanklarında qiymətlər manatla göstərilməlidir.
III. Ciddi hesabat blanklarının tətbiqi
3.1. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.
3.2. Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir.
3.3. Hər hansı bir sifarişçi üçün eyni seriyada və eyni nömrədə ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.
3.4. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.
3.5. Ciddi hesabat blankları müəyyən olunmuş qaydada təşkilatların və fərdi sahibkarların anbarlarında və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə saxlanılır. Bu ciddi hesabat blankları təşkilatın rəhbərinin, habelə fərdi sahibkarın icazəsi ilə anbardan və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdən təhtəlhesab şəxslərə (icraçılara) qaimə-faktura əsasında verilir. Ciddi hesabat blanklarının uçotu təşkilatlar və fərdi sahibkarlar tərəfindən «Ciddi hesabat blankları» adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin qeydiyyatı isə «Əmlakın (qiymətlilərin) uçot kartı (forma №– 1Q)» üzrə aparılır.
3.6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər çap etdikləri ciddi hesabat blankları barədə aylıq hesabatı «Çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında aylıq hesabat (forma №– MH-1)» (əlavə edilir) üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 10-dək təqdim edirlər.
3.7. Ciddi hesabat blankları itirildikdə və ya digər səbəbdən çatışmayan ciddi hesabat blanklarının mövcudluğu müəyyən edildikdə, bu barədə təşkilatlar və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada akt tərtib olunur, mətbuat orqanında müvafiq məlumat dərc etdirilir, blankları itirilmiş təsərrüfat subyektləri tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq məlumat verilir.
3.8. Təşkilat ləğv edildikdə, təşkilati-hüquqi forması, adı və VÖEN-i dəyişdikdə, fərdi sahibkar sahibkarlıq fəaliyyətini dayandırdıqda, onun adı, atasının adı, soyadı və VÖEN-i dəyişdikdə, onlarda istifadəsiz qalmış ciddi hesabat blanklarının məhv edilməsi məqsədi ilə həmin şəxslər tərəfindən 15 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu barədə müvafiq məlumat verilir.
3.9. Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir və növbəti yoxlama (təftiş) keçirilənə qədər üzərində «korlanıb» sözü yazılmaqla mühasibatda saxlanılır.
3.10. İstifadəsiz qalmış və korlanmış ciddi hesabat blankları təşkilatlar və fərdi sahibkarlar tərəfindən bu barədə akt tərtib edilməklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir.
3.11. Zərurət yarandıqda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitlərinin Azərbaycan dili ilə yanaşı tələb olunan xarici dildə də çap olunmasına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən razılıq verilə bilər.
«Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»na əlavə Forma №– MH-1
Çap edilmiş ciddi hesabat blanklarının uçotu və hərəkəti haqqında aylıq hesabat
________________ ____ il üçün
Sifarişin №–-si | Sifarişçi | Ciddi hesabat blankları | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
adı | ünvanı və digər rekvizitləri | VÖEN-i | Çap edilmişdir | Təqdim edilmişdir | Korlanmış və ya yararsız hala düşmüşdür | Qalıq | |||||||
adı və forma №–-si | seriyası | №–-si | cəmi miqdarı | seriya və №–-si | miqdarı | seriya və №–-si | miqdarı | seriya və №–-si | miqdarı | ||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|