Xam neftin və neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərar N 20
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Bakı şəhəri, 10 fevral 2003-cü il
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli, 893 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı»nın 2.5.2-ci yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergisi və təchizat xərcləri bu qərarla təsdiq edilmiş əlavəyə uyğun olaraq 2003-cü il 10 fevral tarixindən tətbiq olunsun.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2003-cü il üçün xam neftin emalından alınan neft məhsullarının bir tonunun istehsal xərclərini 15 gün müddətində müəyyən etsin.
3. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılsın ki, 2003-cü il 10 fevral tarixinə neft emalı müəssisələrinin qalığında olan, müəssisə topdansatış qiymətləri dəyişmiş neft məhsullarının miqdarını müəyyənləşdirib onları yenidən qiymətləndirsinlər.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti neft məhsullarının yenidən qiymətləndirilməsi nəticəsində yaranan qiymət fərqinin mövcud qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsinə köçürülməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi ilə razılaşdırmaqla 2 ay müddətində respublikanın iqlim şəraitinə uyğun olaraq neft məhsullarının tondan litrə keçid əmsallarını müəyyənləşdirib təsdiq etsin.
5. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası 2003-cü il ilin 4-cü rübünün sonuna qədər xam neftin və təbii qazın hasilatı və neft məhsullarının istehsalı xərclərini dəqiqləşdirib təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 oktyabr tarixli, 367 nömrəli, 1996-cı il 8 aprel tarixli, 45 nömrəli və 2001-ci il 19 yanvar tarixli, 19 nömrəli qərarları və eləcə də əvvəllər tənzimləyici orqanlar ilə razılaşdırılmaqla neft məhsullarına təsdiq edilmiş bütün qiymətlər qüvvədən düşmüş hesab edilsin.
7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2003-cü il, №– 2, maddə 135)..
1 noyabr 2004-cü il tarixli, 165 nömrəli qərara əsasən qüvvədən düşmüşdür (6-cı bəndi istisna olmaqla).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 10 fevral tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmişdir
Əlavə
Neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergiləri və təchizat xərcləri
manatla
Sıra №–-si | Məhsulların adı | Şirkət daxili qiymətlər | Aksiz vergisi | Təchizat xərcləri (ƏDV ilə) |
Topdansatış qiymətləri (təchizat xərcləri və ƏDV ilə) |
Pərakəndə satış qiymətləri (ƏDV ilə) |
||
---|---|---|---|---|---|---|---|---|
məbləği | dərəcəsi (faizlə) |
|||||||
1 ton üçün | 1 ton üçün | 1 ton üçün | 1 ton üçün | 1 ton üçün | 1 ton üçün | 1 litr üçün | ||
1.
|
Avtomobil benzini Aİ-96
|
1000000
|
791780
|
79,18
|
47200
|
2161500
|
2358000
|
1800
|
2.
|
Avtomobil benzini Aİ-92
|
952496
|
617250
|
64,80
|
47200
|
1899500
|
2096000
|
1600
|
3.
|
Avtomobil benzini Aİ-80
|
907497
|
576655
|
63,54
|
47200
|
1798500
|
1995000
|
1500
|
4.
|
Dizel yanacağı
|
644678
|
—
|
—
|
36580
|
797300
|
952000
|
800
|
5.
|
Məişət soba yanacağı
|
318729
|
10000
|
3,14
|
41300
|
429200
|
580000
|
500
|
6.
|
Ağ neft (KO-20)
|
538475
|
15000
|
2,78
|
41300
|
694400
|
868000
|
700
|
7.
|
Mühərrik yağları M-12 VB, M-8V1, M-10 Q2, M-14 V2, M-14 QB
|
1390305
|
210000
|
15,10
|
41300
|
1929660
|
2051650
|
1850
|
8.
|
Sənaye yağları İ-12A, İ-20V, İ-40 A, İ-8B1, İ-30V
|
540882
|
82000
|
15,16
|
41300
|
776300
|
909380
|
820
|
9.
|
Turbin yağları T-22, T-30, T-46
|
1368379
|
241325
|
17,64
|
41300
|
1940750
|
2073830
|
1870
|
10.
|
Transformator yağı T-1500
|
1150704
|
205245
|
17,84
|
41300
|
1641320
|
1774400
|
1600
|
11.
|
Digər yağlar AK-15, S-11, XM-6, K-12, K-19, VM-4
|
854606
|
156140
|
18,27
|
41300
|
1233980
|
1352980
|
1220
|
12.
|
DT-OKP02-5221-0101
|
401152
|
58000
|
14,46
|
41300
|
583100
|
714000
|
600
|
13.
|
Soba mazutu
|
300000
|
—
|
—
|
35400
|
389400
|
—
|
—
|
14.
|
Mühərrik yanacağı DT
|
303142
|
10410
|
3,43
|
41300
|
411292
|
—
|
—
|
15.
|
Reaktiv mühərrik yanacağı
|
621780
|
—
|
—
|
35400
|
769100
|
—
|
—
|
16.
|
Nafta (ilkin emal benzini)
|
660850
|
—
|
—
|
—
|
779803
|
—
|
—
|
17.
|
Koks K-8
|
254832
|
4358
|
1,71
|
—
|
305844
|
—
|
—
|
18.
|
Koks K-0
|
131431
|
2247
|
1,71
|
—
|
157740
|
—
|
—
|
19.
|
Koks K-0,25
|
168495
|
2881
|
1,71
|
—
|
202224
|
—
|
—
|
20.
|
Koks ümumi
|
186972
|
3197
|
1,71
|
—
|
224400
|
—
|
—
|
21.
|
Bitum BN 60/90, BNB-60/70
|
396180
|
7091
|
1,79
|
—
|
475860
|
—
|
—
|
22.
|
Bitum MQO
|
230784
|
4131
|
1,79
|
—
|
277200
|
—
|
—
|
23.
|
Bitum BNV, rubraks A-30, BNB-70/30, BNB-85/25
|
641800
|
11488
|
1,79
|
—
|
770880
|
—
|
—
|
24.
|
Qaz benzini
|
475176
|
8078
|
1,7
|
—
|
570240
|
—
|
—
|
25.
|
Maye qaz (Butan-butilen və Propan-propilen fraksiyası)
|
587288
|
—
|
—
|
—
|
693000
|
1000000
|
1000/1 kq üçün
|
Qeyd: Neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər aşağıda verilmişdir.
Neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər:
əlavədə respublikada istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergiləri, eləcə də təchizat xərcləri verilmişdir;
şirkətdaxili qiymətlərdə vaqonların yüklənməyə verilməsi, onların təmizlənməsi, yüklənməsi və Dövlət Dəmir Yolunun Bakı şəhərində yüklərin yola salınması dayanacaqlarına çatdırılması xərcləri nəzərə alınmışdır;
neft məhsullarının topdansatış qiymətlərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat xərcləri daxil edilmişdir;
Dövlət Neft Şirkəti istehsal olunmuş neft məhsullarını əlavədə verilmiş topdansatış qiymətlərindən təchizat xərclərini çıxmaqla satır;
təchizat təşkilatları neft məhsullarını topdansatış qiymətlərlə satır;
pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir;
mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını əlavədə nəzərdə tutulmuş müvafiq qiymətlər ilə həyata keçirirlər;
ölkəyə idxal olunan neft məhsullarının satışı qanunvericiliklə müəyyən edilmiş və topdansatış qiymətlərində nəzərə alınmış vergilər ödənilməklə, əlavədə verilmiş qiymətlər əsasında həyata keçirilir;
əlavədə verilmiş qiymətlər respublikada tətbiq olunan müvafiq standartların tələblərinə cavab verən neft məhsulları üçün nəzərdə tutulmuşdur.