Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə Qərar N 174

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Bakı şəhəri, 7 noyabr 2002-ci il.

«Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanının 5-ci bəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, №– 11, maddə 676).

10 fevral 2004-cü il tarixli, 8 nömrəli; 8 sentyabr 2005-ci il tarixli, 169 nömrəli; 21 dekabr 2005-ci il tarixli, 235 nömrəli; 21 fevral 2006-cı il tarixli, 56 nömrəli; 21 fevral 2006-cı il tarixli, 57 nömrəli; 13 sentyabr 2006-cı il tarixli, 207 nömrəli; 25 dekabr 2006-cı il tarixli, 273 nömrəli; 3 avqust 2007-ci il tarixli, 123 nömrəli; 23 avqust 2007-ci il tarixli, 131 nömrəli; 25 oktyabr 2007-ci il tarixli, 166 nömrəli; 11 yanvar 2008-ci il tarixli, 2 nömrəli; 8 oktyabr 2008-ci il tarixli, 239 nömrəli; 5 dekabr 2008-ci il tarixli, 271 nömrəli; 15 dekabr 2008-ci il tarixli, 275 nömrəli; 6 yanvar 2009-cu il tarixli, 1 nömrəli; 21 yanvar 2009-cu il tarixli, 12 nömrəli; 27 fevral 2009-cu il tarixli, 35 nömrəli; 13 aprel 2009-cu il tarixli, 61 nömrəli; 5 avqust 2009-cu il tarixli, 117 nömrəli; 10 sentyabr 2009-cu il tarixli, 135 nömrəli; 24 sentyabr 2009-cu il tarixli, 150 nömrəli; 26 dekabr 2009-cu il tarixli, 203 nömrəli; 29 mart 2010-cu il tarixli, 53 nömrəli; 21 yanvar 2011-ci il tarixli, 10 nömrəli; 13 sentyabr 2012-ci il tarixli, 205 nömrəli; 28 fevral 2013-cü il tarixli, 34 nömrəli; 12 iyun 2013-cü il tarixli, 121 nömrəli; 1 oktyabr 2014-cü il tarixli, 319 nömrəli, 23 aprel 2015-ci il, 119 nömrəli; 23 noyabr 2015-ci il tarixli, 368 nömrəli; 15 yanvar 2016-cı il tarixli, 5 nömrəli Qərarlara əsasən dəyişikliklər və əlavələrlə.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmişdir

Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər

1. I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

1.1. mühəndis-axtarış işləri aparmaq üçün keyfiyyətə nəzarət sistemi haqqında arayış (keyfiyyətin yoxlanılması haqqında laboratoriya ilə bağlanmış müqavilə əlavə olunmaqla);

1.2. texniki-istehsalat heyəti haqqında arayış;

1.3. bina və qurğuların layihələndirilməsi, inşası və yenidən qurulmasında zəlzələyə davamlılığın təmin edilməsi məqsədi ilə 3 (üç) ay ərzində ixtisasartırma kurslarında oxumaq haqqında sənədin surəti.

1. Kartoqrafiya fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

1.1. mütəxəssislərin müvafiq ixtisasa malik olduqlarını təsdiq edən sənədlərin surəti;

1.2. cihaz və alətlərin metroloji standartlara uyğunluğu və işə yararlığı haqqında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;

1.3. məhdud qrifli materialların saxlanılması şəraiti, uçotu və istifadəsi haqqında məlumatlar.

2. Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

2.1. ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən, radioaktiv tullantıların saxlanma və basdırılma yerlərinə (poliqonlara) malik olması haqqında rəsmi sənəd;

2.2. radioaktiv tullantıların saxlanması və basdırılması poliqonunun bu məqsədlər üçün yararlı olması barədə Səhiyyə Nazirliyi tərəfindən verilmiş sənədin surəti;

2.3. poliqonun dövlət standartlarına müvafiq hazırlanmış texniki təhlükəsizlik və fövqəladə hallar üzrə tədbirlər planı;

2.4. poliqonun mühafizəsi və mühafizə siqnalizasiya sistemləri ilə təmin olunması barədə məlumat;

2.5. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.

3. Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

3.1. tullantıların toplanması, daşınması, saxlanılması və emalı üçün ərizəçinin texniki imkanları haqqında arayış:

3.2. ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən, tullantıların saxlanma və basdırılma yerlərinə (poliqonlara) malik olması haqqında rəsmi sənəd;

3.3. müəssisənin dövlət standartlarına müvafiq hazırlanmış texniki təhlükəsizlik ilə fövqəladə hallar üzrə tədbirlər planı;

3.4. tullantıların utilizasiya və zərərsizləşdirmə yerlərinin mühafizəsi və mühafizə siqnalizasiya sistemləri ilə təmin olunması barədə məlumat;

3.5. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.

4. Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükünə, emalına və satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

4.1. əlvan metal tullantılarının emalı üçün avadanlıqlardan istifadə hüququnun (mülkiyyət hüququ, icarə, istifadə və s.) və bu avadanlıqlarla işləyənlərin müəyyən edilmiş qaydada attestasiyadan keçmiş mütəxəssislər olduqlarını təsdiq edən sənədlərin surəti;

4.2. fəaliyyət növü ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

5. Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

5.1. obyektin istismara verilməsi barədə təsdiqedici sənəd;

5.2. tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədi.

6. Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

6.1. obyektin istismara verilməsi barədə təsdiqedici sənəd;

6.2. tələb olunan qabların və avadanlıqların mövcudluğu və texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ərazi orqanının təsdiqedici sənədi;

6.3. nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədi.

7. Tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

7.1. tibb fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;

7.2. tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti.

8. Əczaçılıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

8.1. əczaçılıq fəaliyyəti üçün nəzərdə tutulan avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;

8.2. müvafiq ixtisasa malik olmalarını təsdiq edən sənədlərin surətləri.

10. Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

a) istehsalı;

10.1. etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalat şərtlərinin (tətbiq olunan avadanlıq, texnoloji intizam, istehsalata nəzarət üzrə akkreditə edilmiş laboratoriyanın mövcudluğu, texnoloji xətlərdə avtomatlaşdırılmış uçot hesablayıcı qurğuların (sayğacların (plomblanmış spirtölçmə-nəzarət cihazlarının) qurulması) dövlət standartlarının tələbləri səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təsdiqedici sənədi;

10.2. sanitar-epidemioloji tələblərə uyğun olması barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq ərazi üzrə orqanının rəyi.

b) idxalı:

10.3. xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin əsli və surəti.

c) satışı:

10.4. alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı və idxalı üçün lisenziyası olan hüquqi və fiziki şəxslərdən alınmasına dair təsdiqedici sənədin olması.

11. Tütün məmulatlarının istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

a) istehsalı;

11.1. tütün məmulatının istehsalat şərtlərinin (tətbiq olunan avadanlıq, texnoloji intizam, istehsalata nəzarət üzrə akkreditə edilmiş laboratoriyanın mövcudluğu, texnoloji xətlərdə avtomatlaşdırılmış çəki nəzarəti avadanlığının qurulması) dövlət standartlarının tələbləri səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin təsdiqedici sənədi;

11.2. sanitar-epidemioloji tələblərə uyğun olması barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin müvafiq ərazi üzrə orqanının rəyi.

b) idxalı:

11.3. xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin əsli və surəti.

c) satışı:

11.4. tütün məmulatının istehsalı və idxalı üçün lisenziyası olan hüquqi və fiziki şəxslərdən alınmasına dair təsdiqedici sənədin olması.

9. Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

9.1. üzgüçülük hüququna dair Dəniz Gəmiçiliyi Registrinin müvafiq sənədi;

9.2. ərizəçinin və ya cəlb ediləcək mütəxəssislərin dəniz nəqliyyatı qaydalarına əsasən müvafiq vəzifələrdə çalışmasına hüquq verən ali və ya orta dənizçilik ixtisası üzrə peşəyə yararlılığını təsdiq edən diplomunun notarial qaydada təsdiq olunmuş surəti.

10. Hava nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

10.1. ərizəçinin mülkiyyətində və ya istifadəsində olan müvafiq nəqliyyat vasitəsi haqqında məlumat (adı, növü, modeli, istehsal edildiyi il, texniki pasportu), həmin nəqliyyat vasitəsinin texniki vəziyyəti haqqında arayış;

10.2. ərizəçinin tabeliyində olan bilavasitə hərəkətlə əlaqədar işçilərin müvafiq təhsili olması haqqında sənədlər.

11. Rabitə xidmətlərinə (telefon (məftilli), sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə), radiotrank və simsiz telefon, ölkədaxili telekommunikasiya kanallarının təşkili, beynəlxalq telekommunikasiya kanallarının təşkili, İP-telefoniya (internet-telefoniya), məlumatların ötürülməsi (data), sürətli poçt, 3-cü nəsil (3G) mobil rabitə) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

11.1. lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

11.2. milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə və müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

11.3. fəaliyyət növünün həyata keçirilməsi üçün radiorabitə vasitələrindən və radiotezliklərdən istifadə olunarsa, radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;

11.4. xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

11.5. xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

11.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili fəaliyyətinin həyata keçirilməsi üçün ərizəçinin telekommunikasiya sahəsindəгЂЂ ən azı 5 il iş təcrübəsinə malik olmasını təsdiq edən sənədin surəti;

11.7. İP-telefoniya (internet-telefoniya) fəaliyyətinin həyata keçirilməsi üçün ərizəçinin telekommunikasiya sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmasını təsdiq edən sənədin surəti;

11.8. 3-cü nəsil (3G) mobil rabitə sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə) xidmətləri sahəsində fəaliyyət üçün əlavə olaraq:

11.8.1. tətbiq ediləcək texnoloji standart üzrə şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat və qeyd olunan mərhələlər üzrə işlərin başa çatdırılması barədə zəmanət;

11.8.2. şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat;

11.8.3. təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat;

11.8.4. 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat;

11.8.5. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hazırlanmış Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi

12. Təhsil müəssisələrinə (məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri, ali təhsil müəssisələri, dini orta ixtisas təhsil müəssisələri, ali dini təhsil müəssisələri) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

12.1. təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat;

12.2. təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat (texniki təminat vasitələri, proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.);

12.3. dini təhsil müəssisələri tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi.

13. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

13.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkədə işə düzəlməsi haqqında xarici ölkələrin hüquqi və ya fiziki şəxsləri ilə imzalanmış müqavilə;

13.2. təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara müvafiq təmin olunması barədə zəmanət məktubu;

13.3. fəaliyyət növünün həyata keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəyi.

14. Sığorta fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

14.1. hüquqi şəxsin nizamnamə kapitalının minimum məbləğinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini təsdiq edən sənəd;

14.2. sığorta fəaliyyətinin aparılması nəzərdə tutulan könüllü sığorta növləri üzrə qaydalar;

14.3. rəhbər qismində cəlb edilən mütəxəssislərin ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində təhsilin və sığorta əməliyyatlarının aparılması ilə əlaqədar sığorta sahəsində azı iki il iş təcrübəsinin, yaxud bu şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olmasını təsdiq edən sənədlərin surəti.

15. Auditor fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

Ərizəçinin və ya cəlb ediləcək mütəxəssislərin mühasibat uçotu, maliyyə, iqtisadçı və ya hüquqşünas ixtisasları üzrə ali təhsilə malik olmasını təsdiq edən sənədin surəti.

16. Əmtəə birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

Birjanın təsisçilərinin ümumi yığıncağında qəbul olunmuş və möhürlə təsdiq edilmiş birja ticarəti qaydaları.

17. Fond birjasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

17.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabatın surəti;

17.2. ərizəçinin ştatında olan 3 (üç) əməkdaşa Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK) tərəfindən fond birjası fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

17.3. QKDK tərəfindən təsdiq edilmiş standartlara uyğun olaraq hazırlanmış:

17.3.1. qiymətli kağızlarla ticarətin qaydalarının surəti;

17.3.2. qiymətli kağızların ticarətə buraxılması (listinq) və ticarətdən çıxarılması (delistinq) qaydalarının surəti;

17.3.3. birjada bağlanmış əqdlər üzrə hesablaşmaların və uçotun həyata keçirilməsi qaydalarının surəti;

17.4. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada birja fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələr və digər müvafiq avadanlıqların olması barədə arayış.

18. İnvestisiya fondunun fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

18.1. ərizəçinin səhm buraxılışları haqqında məlumat (səhmin növü, buraxılış forması, səhmin nominal dəyəri, buraxılışın ümumi məbləği, buraxılışın dövlət qeydiyyat nömrəsi və qeydiyyat orqanının adı);

18.2. fondun depozitar ilə bağlanmış müqaviləsinin surəti;

18.3. QKDK tərəfindən təsdiq edilmiş «İnvestisiya fondunun idarə edilməsi barədə müqaviləyə dair tələblər»ə müvafiq olaraq investisiya fondunun idarə olunması barədə fond müdiri ilə bağlanmış müqavilənin surəti;

18.4. müstəqil auditor ilə bağlanmış müqavilənin surəti;

18.5. fond müdirinin qiymətli kağızların idarə olunmasına dair lisenziyasının notarial qaydada təsdiq edilmiş surəti.

19. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinə (broker, diler, fond birjası, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili) xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

19.1. sonuncu hesabat tarixi üçün tərtib olunmuş maliyyə hesabatları (yeni yaranmış hüquqi şəxslər istisna olmaqla);

19.2. ərizəçinin və onun bütün filiallarında müvafiq peşəkar fəaliyyəti həyata keçirmək hüququ olan ən azı üç əməkdaşın ixtisas şəhadətnamələrinin surətləri;

19.3. istifadə ediləcək ofis sahəsində, müvafiq peşəkar fəaliyyətin həyata keçirilməsinə imkan verən kompüter və telekommunikasiya sistemləri, elektron mühasibat proqramları haqqında məlumat;

19.4. hüquqi şəxsin, onun filialının təsis sənədlərinin (nizamnamə və əsasnamə), habelə kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surətləri;

19.5. ərizəçinin nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahib olan şəxslər haqqında məlumat;

19.6. iştirakçılar (səhmdarlar) xarici fiziki şəxs olduqda, onun rezidenti olduğu ölkənin ən azı 2 (iki) maliyyə təşkilatının müsbət tövsiyələri (bu şəxslə nə vaxtdan işgüzar münasibət yaratdığını, ödəmə qabiliyyətli müştəri olmasını və ya maliyyə vəziyyətini xarakterizə edə bilən digər müsbət göstəriciləri əks etdirə bilər) və (və ya) bank hesablarından çıxarışlar;

19.7. ərizəçinin digər hüquqi şəxslərin nizamnamə kapitalında 20 (iyirmi) və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat, eləcə də ərizəçinin təsisçilərinin (iştirakçılarının) digər şəxslərin nizamnamə kapitalında 10 (on) və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat;

19.8. növbəti 3 (üç) il üçün tərtib edilmiş və ərizəçinin idarəetmə orqanı tərəfindən təsdiq edilmiş biznes-plan;

19.9. ərizəçinin idarəetmə orqanı tərəfindən təsdiq edilmiş təşkilati struktur;

19.10. daxili nəzarət sisteminin təsviri;

19.11. fəaliyyət xüsusiyyətindən asılı olaraq risklərin idarə edilməsi prosedurları;

19.12. audit aparan müstəqil auditorla bağlanmış müqavilənin surəti (olduqda);

19.13. rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar haqqında məlumat, onların ali təhsili və əmək stajı haqqında sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri;

19.14. rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, habelə məhkəmə qaydasında müflis elan edilməsi faktının olmamasına dair vətəndaş qüsursuzluğu barədə ərizə;

19.15. peşəkar fəaliyyətin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş daxili qaydaların surətləri.

20. Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətlərə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

20.1. qiymətli kağızlar blanklarının işlənməsinin və nömrələnməsinin, habelə onların saxtalaşdırılması və digər sui-istifadə hallarından yüksək mühafizəsini təmin edən texnologiya və avadanlıqlar haqqında məlumat;

20.2. QKDK tərəfindən təsdiq edilmiş «Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyətin həyata keçirilməsinə dair Tələblər»ə uyğun olaraq aşağıdakı sənəd və məlumatlar:

20.2.1. bütün növ qiymətli kağız blanklarının istehsalını həyata keçirmək üçün müvafiq yer barədə məlumat;

20.2.2. xüsusi materiallar və yarımfabrikatların satın alınması və istehsalçının xüsusi materiallar üçün ərazilərinə qəbul olunması və uçotunun aparılması qaydası;

20.2.3. fotoplyonka və çap formalarının uçotunun aparılması qaydası;

20.2.4. bütün növ qiymətli kağız blanklarının nömrələnməsi qaydası;

20.2.5. xüsusi materialların, yarımfabrikatların fotoplyonkalarının, çap formalarının, qiymətli kağız blanklarının standart formalarının, məhsulların, təhlükəsiz mürəkkəblər və istehsal tullantılarının boş qablarının saxlanması qaydaları;

20.2.6. istehsal obyektlərinə giriş üçün icazə qaydaları;

20.2.7. daxili nəzarət qaydaları;

20.2.8. istehsal obyektlərinin texniki baxımdan gücləndirilməsi haqqında məlumat;

20.2.9. istehsal obyektində oğurluğun, yanğının və hücumun xəbərdar edilməsi sistemi;

20.2.10. istehsal obyektində giriş-çıxışa nəzarət sistemi;

20.2.11. istehsal obyektinin video-nəzarət sistemi.

21. Ciddi hesabat blanklarının hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

21.1. ərizəçinin ciddi hesabat blanklarını çap etmək üçün bütün tələblərə cavab verən müvafiq texnikaya malik olması haqqında məlumat;

21.2. ərizəçinin ciddi hesabat blanklarının hazırlanmasında istifadə etdiyi avadanlıqları, onların istismarı ilə bağlı, habelə hazırlanmış ciddi hesabat blanklarının saxlanılmasına dair bütün texniki tələblərə cavab verən istehsal sahəsinə və anbara malik olması haqqında məlumat;

21.3. ciddi hesabat blanklarının hazırlanmasını təşkil edən rəhbərliyin (baş mühasib istisna olmaqla) poliqrafiya sahəsində təcrübəsinin olmasını təsdiq edən sənədin (sənədlərin) surəti.

22. Turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

22.1. turist marşrutları və proqramlarının (ən azı bir marşrut və proqram) surəti;

22.2. turist marşrutları üzrə turistlərin müvafiq mehmanxana və nəqliyyat vasitələri ilə təmin olunacaqlarını təsdiq edən müqavilənin surəti.

22.3. müəssisədə çalışan ən azı 2 işçinin turizm sahəsində üç il iş təcrübəsi və ya ali turizm təhsilinin olmasını təsdiq edən sənədlərin surəti.

22.4. xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi.

23. Gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

23.1. ərizəçinin ştatında gömrük rəsmiləşdirilməsi üzrə müvafiq ixtisas attestatına malik olan mütəxəssislərin olması barədə rəsmi sənəd;

23.2. müəyyən olunmuş qaydada öz fəaliyyəti üçün sığorta müqaviləsinin bağlanması barədə məlumat, sığorta müqaviləsinin surəti;

23.3. gömrük brokeri qismində fəaliyyət göstərmək üçün şəraitin olması haqqında məlumat.

24. Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

24.1. müraciət etmiş ərizəçinin sahibliyində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş gömrük anbarı proseduruna uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçün müvafiq texniki vasitələrlə təchiz olunmuş üstüörtülü yerlərin və ərazilərin olması haqqında rəsmi sənədlərin surəti;

24.2. ərizədə gömrük anbarının və müvəqqəti saxlanc anbarının tipinin, anbar üçün nəzərdə tutulmuş yerlərin ünvanının, onun ayrı-ayrılıqda və ümumi sahəsi haqqında məlumatların, anbar üçün nəzərdə tutulan yerlərin maddi-texniki təchizatının xarakteristikasının, siqnalizasiyasının, yanğına qarşı qurğu və avadanlıqların, anbarda saxlanması nəzərdə tutulan mallara zərər vura bilən başqa mal növlərinin siyahısının və onların ayrıca yerləşdirilməsi üçün xüsusi olaraq təchiz edilmiş yerlərin xarakteristikasının olması, həmin yerlərin mühafizəsinin təmin edilməsi barədə məlumat;

24.3. ərazinin planının, anbar üçün nəzərdə tutulan yerin plan və çertyojunun surətləri, anbara daxilolma hüququ olan işçilərin siyahısı barədə rəsmi məlumat

25. Prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

a) idxalı, ixracı və tranzit nəql edilməsi:

25.1. xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin əsli və surəti;

b) istehsalı:

25.2. ərizəçinin sanitar-ekoloji, texniki-təhlükəsizlik norma və qaydaların tələblərinə cavab verən istehsal sahəsinin və malik olduqları avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə rəsmi sənəd;

25.3. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.

29. Avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

29.1. avtonəqliyyat vasitələrinin növləri və növlər üzrə sayı haqqında məlumat;

29.2. avtonəqliyyat vasitələrinin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədlərin surəti;

29.3. avtonəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnaməsinin surəti;

29.4. avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surəti;

29.5. avtobusla sərnişin daşımaları üzrə konkret marşrutun təhkim olunması barədə müqavilənin təsdiq olunmuş surəti (yalnız müntəzəm sərnişin daşımalarında);

29.6. sürücünün müvafiq kateqoriyalı sürücülük vəsiqəsinin və qanunvericiliklə müəyyən edilmiş iş stajı barədə təsdiqedici sənədlərin surəti;

29.7. nəqliyyat vasitələrinə texniki-təmir xidmətlərinin göstərilməsi üçün ərizəçinin malik olduğu texniki-təmir sahələri, nəqliyyat vasitələri üçün dayanacaqlar, qarajlar, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçməsi üçün tibb məntəqəsi haqqında məlumatlar və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair müqavilələrin surəti.

26. Yabanı dərman bitkilərinin xammalının yığılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

26.1. yabanı dərman bitkilərinin yığılması, saxlanılması və qurudulması üçün ərizəçinin sanitar-ekoloji norma və qaydaların tələblərinə cavab verən texniki imkanları haqqında arayış;

26.2. yabanı dərman bitkilərinin xammalının tədarük edildiyi təbiət komplekslərinin (ekosistemin) ekoloji şəraitinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilən rəyin surəti.

27. Mehmanxana və mehmanxana tipli obyektlərin (bundan sonra — obyekt) fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

27.1. obyekt haqqında ətraflı məlumat (otaqların və yerlərin sayı, otaqların təchizatı, obyektdə olan servis və xidmətlər);

27.2. obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi haqqında aktın surəti;

27.3. obyektin yanğından təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin orqanları tərəfindən verilən sənədin surəti;

27.4. obyektin sanitar-ekoloji norma və qaydaların tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən sənədin surəti.

28. Qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

28.1. qeyri-dövlət pensiya fondunun rəhbərliyinin bu fəaliyyət növü üçün tələb olunan təhsilə, ixtisasa, fondlarda, sığorta və maliyyə müəssisələrində ən azı 3 il iş stajına malik olmasını təsdiq edən sənəd;

28.2. qeyri-dövlət pensiya fondunun fəaliyyət istiqaməti üzrə biznes-plan.

29. Qiymətli metallar və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

  • fəaliyyət növü ilə əlaqədar avadanlıqlar, qurğular və ölçü vasitələrinin dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

30. Təhlükəli yüklərin nəqliyyat vasitələri ilə daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

30.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

30.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;

30.3. daşınacaq təhlükəli yüklərin siyahısı;

30.4. təhlükəli yükləri daşıyan nəqliyyat vasitələri üçün yuyucu, buxarlayıcı, deqazasiya məntəqələri və onların texniki təchizatı vasitələrinə malik olmalarını təsdiq edən sənəd;

30.5. nəqliyyat vasitələrinin modeli və texniki göstəriciləri, dövlət qeydiyyat şəhadətnaməsinin surəti;

30.6. qəzanın aradan qaldırılması planı daxil olmaqla, qəzaya qarşı kompleks tədbirlərin yerinə yetirilməsi hazırlığı barədə məlumat.

31. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

31.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

31.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;

31.3. maye və təbii qaz təsərrüfatı obyektinin istismara qəbulu aktının surəti;

31.4. maye və təbii qaz təsərrüfatı obyektində istifadə olunan partlayış-yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların «Texniki təhlükəsizlik sertifikatı»nın surəti.

32. Dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

32.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

32.2. yataq hissəsinin işlənməsi ilə bağlı «Dağ işlərinin inkişafı planı»nın surəti;

32.3. dağ-mədən işlərinin, dağ və buruq qazmalarının aparılması üçün ərizəçinin mülkiyyətində və ya istifadəsində olan maşın-mexanizmlərin, qazma dəzgahlarının və avadanlıqlarının siyahısı, onlar haqqında məlumat (adı, növü, modeli, istehsal ili, texniki pasportu), həmin avadanlıqların texniki vəziyyəti və texniki baxışdan keçmələri barədə məlumat.

33. Liftlərin quraşdırılması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

33.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

33.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;

33.3. ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan vasitələrə, alətlərə və texnoloji avadanlıqlara malik olması barədə məlumat;

33.4. ərizəçinin quraşdıracağı liftlərin növü (sərnişin, yük və xəstəxana liftləri).

34. Attraksionların quraşdırılması və istismarına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

34.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin və yüksəklikdə işləyən işçilərin icazə vərəqələrinin surəti;

34.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı.

35. Energetika obyektlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, sazlanması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

35.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

35.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;

35.3. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.

36. Qaldırıcı qurğuların, metallurgiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

36.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

36.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;

36.3. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.

37. Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikasına və digər texniki yoxlamaların keçirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

37.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

37.2. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;

37.3. ərizəçiyə məxsus olan laboratoriyaların akkreditasiyadan keçməsi haqqında şəhadətnamənin surəti;

37.4. ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan vasitələrə, alətlərə və texnoloji avadanlıqlara malik olması haqqında məlumat.

38. Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

38.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

38.2. yanğın söndürən avtomobillərinin, yanğın-texniki ləvazimatların və odsöndürücü vasitələrin yanğın təhlükəsizliyi sahəsində sertifikatlarının surəti;

38.3. hər bir avtomobilin döyüş hesabının ən azı 75 faiz ştat vahidi ilə komplektləşdirilməsi barədə arayış;

38.4. lisenziyalaşdırılan fəaliyyət növü üzrə tələb olunan normativ-texniki sənədlərin siyahısı;

38.5. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış;

38.6. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqlarla təchiz olunması barədə məlumat.

39. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınmasına, sınaqların keçirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

39.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa (və ya peşə hazırlığına) malik olmaları haqqında sənədin surəti;

39.2. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış;

39.3. istifadə olunan maddə və materialların uyğunluq sertifikatlarının surətləri.

40. Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

40.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

40.2. fəaliyyət növünün həyata keçirilməsi üçün istifadə olunacaq avadanlıqların olması barədə məlumat;

40.3. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.

41. Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmətə, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

41.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

41.2. fəaliyyət növünün həyata keçirilməsi üçün istifadə olunacaq cihazların, avadanlıqların və texniki qurğuların uyğunluq sertifikatlarının surətləri.

42. Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmirinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

42.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

42.2. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya malik olması barədə arayış.

43. Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

43.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə 3 (üç) mütəxəssisin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədin surəti;

43.2. ərizəçinin müvafiq işləri aparmaq üçün lazım olan çöl-tədqiqat avadanlıqlarının, ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti;

43.3. ərizəçiyə məxsus olan və ya bağlanılmış müqavilə əsasında müvafiq yoxlamaları aparan laboratoriyaların akkreditasiyadan keçməsi haqqında şəhadətnamənin surəti;

43.4. ərizəçinin müvafiq işləri aparmaq üçün qanuni istifadəsində olan obyektin, qeyri-yaşayış sahəsinin maddi-texniki bazası barədə arayış;

43.5. ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayış.

44. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri istisna olmaqla, bina və qurğuların layihələndirilməsi üçün:

44.1. ərizəçinin texniki-istehsalat heyəti haqqında arayış;

44.2. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə rəhbər və aparıcı mütəxəssislərin, o cümlədən layihənin baş mühəndisi və ya baş memarının, memarının, konstruktorunun, mühəndis avadanlıqları, şəbəkələri və sistemləri, nəqliyyat infrastrukturu layihələri, layihənin xüsusi bölmələri və digər sahələr üzrə mütəxəssislərin müvafiq ixtisasa və ən azı 5 illik iş təcrübəsinə malik olmaları haqqında sənədlərin surəti;

44.3. ərizəçinin baş layihəçi funksiyasını həyata keçirmək üçün müvafiq ixtisas tələblərinə cavab verən daimi işləyən aparıcı mütəxəssisləri olmadıqda, həmin sahələr üzrə (layihənin baş memarı və ya baş mühəndisi istisna olmaqla) işlərin yerinə yetirilməsi məqsədi ilə müvafiq lisenziyaya malik olan hüquqi və ya fiziki şəxslə əməkdaşlıq haqqında bağlanmış müqavilənin surəti;

44.4. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün hüquqi şəxsin mülkiyyətində və ya qanuni istifadəsində qeyri-yaşayış sahəsinin olmasını təsdiqləyən sənədlərin surəti;

44.5. ərizəçinin layihə işlərinin keyfiyyətinə nəzarət sisteminin mövcudluğu barədə arayış.

45. Tikintisinə icazə tələb olunmayan və məlumatlandırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-quraşdırma işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

45.1 ərizəçinin ştatında olan 5 (beş) mütəxəssisin müvafiq ixtisas üzrə ən azı 3 illik iş stajına malik olmaları haqqında sənədlərin surəti;

45.2. ərizəçinin müvafiq işləri aparmaq üçün maddi-texniki bazaya, o cümlədən binalara və ya qeyri-yaşayış sahələrinə, tikinti avadanlıqlarına, nəqliyyat, texnoloji və təhlükəsizlik təminatı vasitələrinə, mexaniki və əl alətlərinə, daşınan enerji qurğularına və nəzarət-ölçü cihazlarına malik olması barədə arayış;

45.3. ərizəçinin görülən işlərin keyfiyyətinə nəzarət sisteminə malik olması barədə arayış;

45.4. ərizəçinin ölçü vasitələrinin və cihazlarının standartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin surəti;

45.5. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növlərinin mülki məsuliyyətinin sığortalanmasını təsdiq edən sənədin (sığorta şəhadətnaməsinin) surəti.

46. Özəl baytarlıq təbabəti fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərt:

  • özəl baytarlıq təbabəti fəaliyyətini həyata keçirəcək hüquqi şəxslərin mütəxəssislərinin ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti.

47. Baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

47.1. istehsalı:

47.1.1. ərizəçinin istehsal sahəsinin və malik olduğu avadanlıqların normativ-texniki tələblərə uyğun olması, habelə istehsal edilən baytarlıq preparatlarının keyfiyyətinə nəzarət etmək üçün akkreditə edilmiş laboratoriyanın mövcudluğu barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi;

47.1.2. baytarlıq preparatlarının istehsalı üzrə mütəxəssislərin ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti.

47.2. satışı:

  • baytarlıq preparatlarının satışı ilə məşğul olan mütəxəssislərin baytarlıq ixtisası üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını təsdiq edən sənədlərin surəti.

48. Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

48.1. ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün zəruri texnoloji, təcrübi ölçü qurğularından, proqram vasitələrindən və digər avadanlıqlardan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

48.2. ərizəçinin bu fəaliyyət növü, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə müvafiq təhsilə, ixtisasa və ən azı 3 il iş təcrübəsinə malik olan mütəxəssislərin olmasını təsdiq edən sənədlərin surəti;

48.3. ərizəçinin bu fəaliyyət növü üzrə istifadə edəcəyi avadanlıqlar, müvafiq proqram-texniki təminat vasitələri, o cümlədən informasiya mühafizəsi vasitələri üzrə uyğunluq sertifikatlarının surəti;

48.4. ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyləri;

48.5. ərizəçinin fəaliyyət obyektinin mühafizə olunmasını təsdiq edən sənədin surəti.

49. İnformasiya mühafizəsi vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

49.1. fəaliyyət növünü həyata keçirən ərizəçinin mütəxəssislərinin müvafiq ixtisaslarını, fəaliyyət növünün həyata keçirilməsi, təhlükəsizliyin və məxfiliyin təmin edilməsi üçün lazımi avadanlıqların mövcudluğunu və zəruri şəraitin olmasını təsdiq edən sənədlərin surəti;

49.2. layihələndirmə və ya istehsal zamanı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən texniki ekspertizanın həyata keçirilməsi üçün müvafiq vasitələrin təqdim olunması barədə zəmanət məktubu;

49.3. dövlət orqanları üçün nəzərdə tutulmuş informasiya mühafizə vasitələrinin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırmaqla layihələndirilməsi və istehsalı barədə zəmanət məktubu;

49.4. fəaliyyətin təşkili üçün istifadə olunan vasitələr və qurğular üzrə ərizəçinin mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti;

49.5. ərizəçinin və ya fərdi əmək müqaviləsi əsasında cəlb edilmiş işçilərin əvvəllər ağır və ya xüsusilə ağır cinayət törətmiş və buna görə məhkum olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş, barəsində müəyyən fəaliyyətlə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılan şəxslər olmaması bərədə ərizəsində müvafiq qeyd;

49.6. fəaliyyət növü ilə əlaqədar avadanlıq və texnologiyaların dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

50. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

50.1. istehsalı:

50.1.1. ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olan istehsal sahələrinin, müasir texnoloji və texniki avadanlıqların və xüsusi nəqliyyat vasitələrinin olması barədə sənədlərin surəti;

50.1.2. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların keyfiyyətinin standartlara və normalara uyğunluğunu yoxlamaq üçün ərizəçiyə məxsus akkreditasiyadan keçmiş laboratoriyanın mövcudluğu barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş akkreditasiya attestatının və ya həmin tələblərə cavab verən laboratoriya ilə bağlanılmış müqavilənin surəti;

50.1.3. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların saxlanılması üçün sahənin (anbarın) fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi;

50.1.4. istehsal zamanı yaranan toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti;

50.1.5. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün həmin sahədə ən azı iki il iş təcrübəsi, ali və ya orta ixtisas təhsili (kimyaçı-texnoloq, aqronom) olan əmək müqaviləsi bağlanılmış işçilər barədə məlumat (təsdiqedici sənədlərin surətləri əlavə edilməklə);

50.1.6. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat; 

50.2. idxalı: 

50.2.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların satışadək müvəqqəti saxlanılması üçün anbarın (sahənin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surəti; 

50.2.2. saxlanılması üçün sahənin (anbarın) fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi;

50.3. satışı:

50.3.1. malların satışının həyata keçirildiyi ünvanlar barədə məlumat;

50.3.2. satış mərkəzlərinin (yerlərinin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surəti;

50.3.3. satış mərkəzlərinin (yerlərinin) fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi;

50.3.4. satış zamanı yaranan toksiki tullantıların zərərsizləşdirilməsi ilə bağlı toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti;

50.3.5. lisenziyalaşdırılan fəaliyyət növünün predmeti olan malların bilavasitə satışını həyata keçirən şəxslərin bu sahədə ən azı iki il iş təcrübəsinə və aqronomluq, bitki mühafizəsi, kimyaçı-texnoloq ixtisaslarından biri üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını, yaxud əlavə təhsil almalarını təsdiq edən sənədlərin surəti;

50.4. saxlanılması:

50.4.1. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin saxlanılması üçün anbarın ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olması barədə məlumatlar (təsdiqedici sənədlər əlavə edilməklə);

50.4.2. anbarın yerləşdiyi ərazinin, onun əhatə etdiyi sahənin (yerin) planlarının və anbarın çertyojunun surətləri;

50.4.3. anbara daxil olmağa icazə verilmiş işçilərin siyahısı və onlarla bağlanılmış əmək müqavilələrinin surəti;

50.4.4. anbarın fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi; 

50.4.5. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin daşınması üçün ərizəçinin xüsusi nəqliyyat vasitələrinin olması barədə məlumat (təsdiqedici sənədlər əlavə edilməklə);

50.4.6. bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanılması ilə bilavasitə məşğul olan işçilərin aqronomluq, bitki mühafizəsi və kimyaçı-texnoloq ixtisaslarından biri üzrə ali və ya orta ixtisas təhsilinin olmasını, yaxud əlavə təhsil almalarını təsdiq edən sənədlərin surəti;

50.4.7. toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti.