Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə vergi orqanlarının protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərinin siyahısı
Vergilər nazirinin 25 may 2017-ci il tarixli,
717040100832801 nömrəli əmri ilə təsdiq edilmişdir
1. İnzibati Xətalar Məcəlləsinin 398-ci, 401-ci, 402-ci, 403-cü, 404-cü, 406-cı, 407-ci, 408-ci, 413-cü, 438.2-ci, 438.3-cü, 450.1-ci, 451-ci və 598-ci maddələri üzrə:
1.1. Vergilər naziri, onun müavinləri, vergilər nazirinin müşavirləri;
1.2. Vergilər Nazirliyinin aşağıda adları göstərilən struktur vahidlərinin baş direktorları (direktorları) və ya rəhbəri, onların müavinləri, həmin struktur vahidlərin tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkilləri), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkilləri), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, əməliyyat müvəkkilləri):
1.2.1. Vergilər Nazirliyinin Aparatı;
1.2.2. Vergi risklərinin təhlili və nəzarəti departamenti;
1.2.3. Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti;
1.2.4. Ərazi vergi orqanları ilə iş üzrə departamenti;
1.2.5. Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamenti;
1.2.6. Vergi öhdəliklərinin icrasına nəzarət departamenti;
1.2.7. Vergi qanunvericiliyinin icrasına nəzarət departamenti.
1.3. Vergilər Nazirliyinin aşağıda adları göstərilən struktur bölmələrinin baş direktorları (direktorları), onların müavinləri, həmin struktur bölmələrin tərkibində idarənin (şöbənin, bölmənin) direktorları (rəhbərləri), onların müavinləri, baş dövlət vergi müfəttişləri (baş hüquqşünas, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş müvəkkil, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq), böyük dövlət vergi müfəttişləri (böyük hüquqşünas, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, xüsusilə mühüm işlər üzrə müstəntiq), dövlət vergi müfəttişləri (hüquqşünas, təhqiqatçı, müstəntiq, əməliyyat müvəkkili, müvəkkillər):
1.3.1. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti;
1.3.2. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti;
1.3.3. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti;
1.3.4. Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti;
1.3.5. 2 saylı Ərazi Vergilər Departamenti, 3 saylı Ərazi Vergilər İdarəsi, 4 saylı Ərazi Vergilər İdarəsi, 5 saylı Ərazi Vergilər İdarəsi, 6 saylı Ərazi Vergilər İdarəsi, 8 saylı Ərazi Vergilər İdarəsi, 9 saylı Ərazi Vergilər İdarəsi, 10 saylı Ərazi Vergilər İdarəsi, 11 saylı Ərazi Vergilər Departamenti, 12 saylı Ərazi Vergilər Departamenti, 13 saylı Ərazi Vergilər İdarəsi, 14 saylı Ərazi Vergilər İdarəsi;
1.3.6. Şuşa rayon Vergilər Şöbəsi, Zəngilan rayon Vergilər Şöbəsi, Laçın rayon Vergilər Şöbəsi, Qubadlı rayon Vergilər Şöbəsi, Xocalı rayon Vergilər Şöbəsi, Ağdam rayon Vergilər Şöbəsi, Kəlbəcər rayon Vergilər Şöbəsi, Xocavənd rayon Vergilər Şöbəsi, Füzuli rayon Vergilər Şöbəsi, Cəbrayıl rayon Vergilər Şöbəsi.
2. İnzibati Xətalar Məcəlləsinin 527-ci, 530-cu, 532-ci, 602.4-cü maddələri üzrə:
2.1. Vergilər naziri, onun müavini;
2.2. Bu siyahının 1.2 və 1.3-cü bəndləri ilə müəyyən edilmiş Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin baş direktorları (direktorları) və ya rəhbəri, onların müavinləri, eyni zamanda 602.4-cü maddəyə münasibətdə həm də bilavasitə yoxlamanı aparan vəzifəli şəxs.