Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Valyuta tənzimi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına; görə məsuliyyəti müəyyən edir.

 

I f ə s i l

ÜMUMİ MÜDDƏALAR[1]

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

1. Azərbaycan Respublikasının milli valyutası (bundan sonra milli valyuta ):

a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı kağız və metal pul nişanları;[2]

b) Azərbaycan Respublikasında banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti;

v) Azərbaycan Respublikasından kənarda yerləşən banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti.

2. Milli valyutada qiymətli kağızlar manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri.

3. Xarici valyuta :

a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları;

b) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər.

4. Valyuta sərvətləri :

a) xarici valyuta;

b) xarici valyutada qiymətli kağızlar xarici valyutada ifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri;

v) qiymətli metallar istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenium); [3]

q) qiymətli daşlar işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər. [4]

Qiymətli metallardan və qiymətli təbii daş-qaşdan hazırlanmış məmulatın zərgərlik və digər məişət məmulatına, yaxud onların qırıntılarına aid edilməsi qaydası və şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. [5]

5. Rezidentlər :

a) Azərbaycan Respublikasında daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikası hüdudlarından kənarda müvəqqəti qalan fiziki şəxslər;

b) Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər;

v) Azərbaycan Respublikasında yerləşən və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;

q) Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən Azərbaycan Respublikasının diplomatik və digər rəsmi nümayəndəlikləri;

d) bu bəndin b və v yarımbəndlərində göstərilmiş rezidentlərin Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən filialları və nümayəndəlikləri.

6. Qeyri-rezidentlər :

a) Azərbaycan Respublikası hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti qalan fiziki şəxslər;

b) xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış, Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;

v) Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların filialları və nümayəndəlikləri;

q) bu bəndin b yarımbəndində göstərilmiş qeyri-rezidentlərin Azərbaycan Respublikasında yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri).

7. Valyuta əməliyyatları :

a) valyuta sərvətlərinə mülkiyyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən valyuta mübadiləsi əməliyyatları, habelə ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutada ödəniş sənədlərindən istifadə edilməsi;[6]

b) valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi, eləcə də Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi;

v) beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi.

7-1. Valyuta mübadiləsi fəaliyyəti Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi.

7-2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu Qanunla müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filialları.[7]

8.   Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür.

9.   Cari valyuta əməliyyatları :

a) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi;

b) 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;

v) əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və digər gəlirlərin Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi;

q) Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, pensiya, aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar.

10. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları :

a) birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə;

b) qiymətli kağızların əldə edilməsi;

v) torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr;

q) malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması;

ğ) müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi;

d) cari valyuta əməliyyatları olmayan bütün digər valyuta əməliyyatları.

11. Müvəkkil banklar valyuta əməliyyatlarının aparılması üçün maliyyə bazarlarına nəzarət orqanının lisenziyasını: almış banklar və digər kredit təşkilatlarıdır.[8]

12. Maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.[9]

II f ə s i l

VALYUTA TƏNZİMİ

Maddə 2. Milli valyuta ilə əməliyyatlar

1.   Rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir məhdudiyyət qoyulmadan aparılır.

2.   Azərbaycan Respublikasında qeyri-rezidentlər tərəfindən milli valyutanın əldə edilməsi və ondan istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

3.   Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın və milli valyutada ifadə edilmiş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi, eləcə də Azərbaycan Respublikasına gətirilməsi və göndərilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin birgə müəyyən etdikləri qaydada həyata keçirilir.

Maddə 3. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsasları[10]

1. Rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.

2. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından Banklar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, Poçt haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər.

3. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.

4. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

5. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən edilir.

6. Azərbaycan Respublikası Mərkəzi Bankı manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edə, valyuta mübadiləsi fəaliyyəti zamanı xarici valyutanın alqı-satqı əməliyyatlarında satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya və (və ya) bu əməliyyatların yuxarı həddinə dair tələblər müəyyən edə bilər.

7. Azərbaycan Respublikasında banklar arasında xarici valyutanın alqı-satqısı əqdləri barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Bu məlumatın forması və təqdim edilməsi qaydası, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankı ilə banklar arasında aparılan xarici valyutanın alqı-satqısı qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

8. Banklar arasında xarici valyutanın alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qaydada həyata keçirilir.

9. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edilir.

Maddə 4. Valyuta sərvətləri üzərində mülkiyyət hüququ

1. Azərbaycan Respublikasında valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər.

Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqdlər bağlamaq və əməliyyatlar aparmaq hüququna malikdirlər.

Azərbaycan Respublikasında valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur.

2. Azərbaycan Respublikasında qiymətli metallar və təbii daş-qaşla əqdlərin bağlanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Milli Bankı tərəfindən birgə müəyyən edilir. [11]

Maddə 5. Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması və ondan istifadə edilməsi

1.   Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir.

2.   Azərbaycan Respublikasının valyuta ehtiyatları milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir.

3.   Azərbaycan Respublikasının valyuta ehtiyatları respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir.

Azərbaycan Respublikasının valyuta ehtiyatlarının formalaşması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

4. Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin etmək məqsədilə yaradılır və ondan istifadə edilməsi barədə sərəncamı Azərbaycan Respublikasının Mərkəzi Bankı verir.

Maddə 6. Müəssisə və təşkilatların valyuta vəsaitinin formalaşması

həm rezident, həm də qeyri-rezident olan hüquqi şəxslərin valyuta vəsaiti xarici iqtisadi fəaliyyətdən, daxili valyuta bazarında valyuta alınmasından, valyuta kreditləri formasında, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər formalarda əldə edilən valyuta hasilatı hesabına formalaşır.

Maddə 7. Rezidentlərin xarici valyuta hesabları

1.   Rezidentlər Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesablarına malik ola bilərlər.

2.   Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər.

3. Maliyyə bazarlarında fəaliyyətinə nəzarət olunan subyektlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri) maliyyə bazarlarına nəzarət orqanının, digər rezidentlər isə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hal və şərtlər daxilində Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesabı aça bilərlər.

4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının açılması qaydasını maliyyə bazarlarına nəzarət orqanı, bu hesablar üzrə əməliyyatların aparılması qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.[12]

Maddə 8. Hüquqi şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

1.   Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.

2.   Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada aparılır.

3.   Hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər.

Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.[13]

Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatların aparılması ilə bağlı münasibətlər Qiymətli metallar və qiymətli daşlar haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.[14]

4. Azərbaycan Respublikası ərazisində xarici investisiyaların iştirakı ilə hüquqi şəxslərin öz məhsulunun ixracından əldə etdikləri valyuta hasilatından istifadə etməsi qaydası Xarici investisiyanın qoyulması haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 9. Fiziki şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatı [15]

1. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərin Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna malikdirlər.

2. Fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər.

3. Fiziki şəxs olan rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği, gətirilmə tarixi, gətirilmiş şəxs və onların gətirildiyi ölkə barəsində məlumatı 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına, maliyyə monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

4. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan Respublikasından kənara köçürə bilərlər. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər.

5. Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

6. Bu maddənin 1-5-ci bəndlərinə müvafiq qaydada Azərbaycan Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna olmaqla fiziki şəxs olan rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bank , valyuta sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [16]

7. Fiziki şəxs olan rezidentlər özlərinin valyuta vəsaitlərin, o cümlədən Azərbaycan Respublikasında əldə etdikləri vəsait müvəkkil banklarda olan valyuta hesablarına sərbəst daxil edə bilərlər.

Maddə 10. Qeyri-rezidentlərin xarici valyutada və milli valyutada hesabları

Qeyri-rezidentlər müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablarını aça bilərlər. Bu hesabların açılması qaydasını maliyyə bazarlarına nəzarət orqanı, onlardan istifadə edilməsi qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.[17]

Maddə 11. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları [18]

1. Qeyri-rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və çıxarmaq hüququna malikdirlər.

2. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək hüququna malikdirlər.

3. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər.

4. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük prosedurlarına riayət etməklə Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olduqda, gömrük orqanları vəsaitlərin məbləği, gətirilmə tarixi, gətirmiş şəxs və onların gətirildiyi ölkə barəsində məlumatları 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Bankına , maliyyə monitorinqi orqanına və müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.[19]

5. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta sərvətlərini onların gətirilməsini təsdiqləyən gömrük sənədləri əsasında Azərbaycan Respublikasından kənara köçürmə bilərlər. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini Azərbaycan Respublikasından kənara köçürdükdə, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış təqdim etməlidirlər.

6. Fiziki şəxs olan qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 (əlli) min ABŞ dolları ekvivalentinədək valyuta vəsaitlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

7. Bu maddənin 1-6-cı bəndlərində müvafiq qaydada Azərbaycan Respublikasına köçürülmüş və ya nağd gətirilmiş valyuta sərvətləri istisna olmaqla fiziki şəxs olan qeyri-rezidentlərin digər valyuta sərvətlərinin Azərbaycan Respublikasından köçürülməsi və gömrük prosedurlarına əməl etməklə nağd çıxarılması qaydalarını Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən edir.

8. Qeyri-rezidentlər Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada valyuta sərvətlərini manatla almaq və satmaq hüququna malikdirlər.[20]

Maddə 12. Valyuta tənzimi sahəsində Azərbaycan Respublikası Ali Sovetinin funksiyaları

Azərbaycan Respublikasının Ali Soveti valyuta siyasətinin ümumi prinsiplərini, xarici dövlət borcunun limitini, xarici ölkələrə verilən kreditlərin həcmini, Azərbaycan Respublikası büdcəsinin tərkib hissəsi kimi valyuta planını müəyyən edir, valyuta tənzimi və nəzarəti məsələlərinə dair qanunvericilik aktları qəbul edir.

Maddə 13. Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta tənzimlənməsinin əsas orqanı kimi

1.   Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasında valyuta tənzimini həyata keçirən əsas orqandır.

2.   Azərbaycan Respublikasının Mərkəzi Bankı bu Qanuna müvafiq olaraq:

a) Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir;

b) valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;

v) rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında xarici valyuta ilə və xarici valyutada olan qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını, habelə Azərbaycan Respublikasında qeyri-rezidentlərin milli valyuta ilə və milli valyutada qiymətli kağızlarla əməliyyatlar aparması qaydalarını müəyyən edir;

q) rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada olan qiymətli kağızların Azərbaycan Respublikasına məcburi köçürülməsi, gətirilməsi və göndərilməsi qaydasını, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda rezidentlər (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri istisna olmaqla)tərəfindən xarici valyuta hesablarının açılmasının hal və şərtlərini müəyyən edir;[21]

ğ) valyuta əməliyyatları aparmaq üçün banklara və digər kredit təşkilatlarına lisenziya verilməsinin ümumi qaydalarını müəyyən edir və onlara bu məqsədlə lisenziyalar verir;[22]

d) valyuta əməliyyatları üzrə statistikanın vahid formasını, təqdim olunması qaydasını və müddətini müəyyən edir;[23]

e) qəbul edilmiş beynəlxalq standartlar əsasında Azərbaycan Respublikası üzrə valyuta əməliyyatlarının statistikasını hazırlayır və dərc edir;

ə) bu Qanunda və Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.

II-I fəsil[24]

Valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi 

Maddə 13-1. Lisenziyanın alınması üçün müraciət

13-1.1. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs (bundan sonra ərizəçi) lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Ərizənin forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

13-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

13-1.2.1. ərizəçi rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

13-1.2.2. ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

13-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti;

13-1.2.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

13-1.2.5. rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

13-1.2.6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış;

13-1.2.7. təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış;

13-1.2.8. bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən olunmuş girov məbləğinin ödənilməsi barədə bank sənədi;

13-1.2.9. bu Qanunun 3-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulan tələblərə əməl edilməsi barədə təsdiqedici sənədlər.

13-1.3. Ərizə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Maliyyə bazarlarına nəzarət orqanı ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməli və ya bu barədə məlumatı sifarişli poçt göndərişi vasitəsilə ona göndərməlidir.

Maddə 13-2. Lisenziyanın verilməsi

13-2.1. Maliyyə bazarlarına nəzarət orqanı ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 13-1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir.

13-2.2. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziyanın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciəti maliyyə bazarlarına nəzarət orqanına daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

13-2.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qanunun 13-2.2-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda maliyyə bazarlarına nəzarət orqanı ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-2.4. Bu Qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş halda ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar ərizə ilə maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər. Həmin müraciətə bu Qanunun 13-1-ci və 13-2-ci maddələri üzrə yenidən baxılır.

13-2.5. Maliyyə bazarlarına nəzarət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir.

13-2.6. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 13-2.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı ərizəçiyə göndərir. Həmin qərar ərizəçiyə daxil olduqdan sonra lisenziyanın verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir. Lisenziyanın verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-2.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd maliyyə bazarlarına nəzarət orqanına ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd maliyyə bazarlarına nəzarət orqanına təqdim edilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziya ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-2.8. Lisenziyada aşağıdakılar göstərilir:

13-2.8.1. lisenziyanın verilmə tarixi və qeydiyyat nömrəsi;

13-2.8.2. lisenziya verən orqanın adı və ünvanı;

13-2.8.3. lisenziyanın sahibi barədə məlumatlar (rezident hüquqi və ya fiziki şəxsin, yaxud qeyri-rezident hüquqi şəxsin filialının adı və hüquqi ünvanı, lisenziya verilmiş obyektin yerləşdiyi ünvan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);

13-2.8.4. lisenziya verilən fəaliyyət növü.

13-2.9. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxsə verilən lisenziya müddətsizdir.

13-2.10. Lisenziya maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

13-2.11. Lisenziya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər. Lisenziya üçüncü şəxslərə ötürülə bilməz. Lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi (iştirakçı) olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirildiyi obyektdə valyuta mübadiləsi fəaliyyətindən başqa, digər xidmətlərin həyata keçirilməsi qadağandır.

13-2.12. Valyuta mübadiləsi fəaliyyəti ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda lisenziyanın əlavəsi verilir.

13-2.13. Lisenziyanın əlavəsinin başlığında lisenziyanın əlavəsi sözləri yazılır. Həmin əlavədə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirildiyi obyektin ünvanı göstərilir. Fəaliyyətin həyata keçirildiyi hər bir obyekt üçün lisenziyanın ayrıca əlavəsi təqdim olunur.

13-2.14. Lisenziyanın əlavəsini almaq üçün lisenziya sahibi lisenziya verildikdən sonra maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edə bilər. Həmin ərizəyə yalnız bu Qanunun 13-1.2.4-cü, 13-1.2.8-ci və 13-1.2.9-cu maddələrində göstərilən sənədlər əlavə olunur.

13-2.15. Lisenziyanın əlavəsi bu Qanunun 13-2.10-cu maddəsində nəzərdə tutulmuş qaydada imzalanır və təsdiq edilir.

13-2.16. Lisenziyanın yenidən rəsmiləşdirilməsinin, dublikatının verilməsinin, dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyanın əlavəsinə də şamil edilir.

13-2.17. Bu Qanunla lisenziyanın dayandırılması və ya ləğv edilməsi üçün əsaslar lisenziyanın əlavəsinin də dayandırılması və ya ləğv edilməsi üçün əsasdır. Lisenziyanın əlavəsinin dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyaya şamil edilmir.

Maddə 13-3. Lisenziyanın verilməsindən imtina

13-3.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

13-3.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 13-2.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə);

13-3.1.2. ərizəçi lisenziya verilməsi şərtlərini yerinə yetirmədikdə.

13-3.2. Lisenziyanın verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 13-4. Lisenziyanın verilməsi üçün ödəniş

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 

Maddə 13-5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi

13-5.1. Lisenziya aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

13-5.1.1. lisenziyanın sahibi olan rezident hüquqi şəxs yenidən təşkil edildikdə;

13-5.1.2. lisenziyanın sahibi olan rezident hüquqi şəxsin və ya qeyri-rezident hüquqi şəxsin filialının adı və ya hüquqi ünvanı dəyişdikdə;

13-5.1.3. lisenziyanın sahibi olan rezident fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə.

13-5.2. Bu Qanunun 13-5.1-ci maddəsində göstərilən əsaslar olduqda, lisenziyanın sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir.

13-5.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan lisenziya, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, rezident fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surətləri əlavə olunur.

13-5.4. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 13-5.2-ci və 13-5.3-cü maddələrinə uyğun olaraq, ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş lisenziyanı lisenziyanın sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-5.5. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanına təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

13-5.6. Maliyyə bazarlarına nəzarət orqanının adı dəyişdikdə və ya lisenziya vermə səlahiyyəti digər lisenziya verən orqana keçdikdə, əvvəllər verilmiş lisenziyanın yenidən rəsmiləşdirilməsi yalnız lisenziya sahibinin müraciəti əsasında bu Qanunun 13-5.3-cü və 13-5.4-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılır.

Maddə 13-6. Lisenziyanın dublikatının verilməsi

13-6.1. Lisenziya itirildikdə və ya zədələndikdə lisenziyanın sahibi lisenziyanın dublikatının verilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir.

13-6.2. Maliyyə bazarlarına nəzarət orqanı ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində lisenziyanın dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-6.3. Lisenziyanın dublikatının verildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanına təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

13-6.4. Lisenziyanın dublikatı itirilmiş və ya zədələnmiş lisenziya ilə eyni hüquqi qüvvəyə malikdir.

Maddə 13-7. Lisenziyanın dayandırılması

13-7.1. Lisenziya aşağıdakı hallarda dayandırılır:

13-7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

13-7.1.2. lisenziyanın sahibi valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bu Qanunun tələblərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankı və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qanunla müəyyən olunmuş qaydada qəbul olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair maliyyə bazarlarına nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə (lisenziyanın ləğvi üçün əsas olan hallar istisna olmaqla);

13-7.1.3. qanunla müəyyən edilmiş digər hallarda.

13-7.2. Lisenziya maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın dayandırılması haqqında qərarda, həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

13-7.3. Lisenziyanın sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir.

13-7.4. Bu Qanunun 13-7.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya sahibinin müvafiq ərizəsinə, bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya isə həmin halların aradan qaldırılması barədə lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə bərpa olunur.

13-7.5. Bu Qanunun 13-7.1.1-ci maddəsində göstərilən əsas üzrə lisenziyanın dayandırılması müddəti 3 aydan və təqvim ili ərzində 1 dəfədən artıq ola bilməz.

13-7.6. Bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsas üzrə lisenziyanın dayandırılması müddəti 6 aydan artıq ola bilməz.

13-7.7. Lisenziyanın dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-7.8. Lisenziyanın sahibi lisenziyanın dayandırılması haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 13-8. Lisenziyanın ləğvi

13-8.1. Lisenziya aşağıdakı hallarda ləğv edilir:

13-8.1.1. lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

13-8.1.2. lisenziyanın sahibi olan rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı ləğv edildikdə;

13-8.1.3. lisenziya sahibi olan rezident fiziki şəxs vəfat etdikdə, məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan olunduqda;

13-8.1.4. lisenziyanın sahibi olan rezident fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

13-8.1.5. məhkəmənin müvafiq qərarı olduqda;

13-8.1.6. lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

13-8.1.7. bu Qanunun 13-7.3-cü maddəsində göstərilənlərlə bağlı maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verilmədikdə;

13-8.1.8. lisenziyanın sahibi lisenziya aldıqdan sonra 3 ay ərzində bu fəaliyyətə başlamadıqda;

13-8.1.9. bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsaslar 6 ay müddətində aradan qaldırılmadıqda və lisenziyanın bərpa olunması barədə maliyyə bazarlarına nəzarət orqanının qərarı olmadıqda;

13-8.1.10. qanunla valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunmadıqda;

13-8.1.11. bu Qanunun 13-2.11-ci maddəsinin üçüncü cümləsində müəyyən olunmuş qadağaya əməl olunmadıqda;

13-8.1.12. qanunla müəyyən edilmiş digər hallarda.

13-8.2. Lisenziya bu Qanunun 13-8.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 13-8.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-8.3. Lisenziyanın sahibi lisenziyanın ləğvi haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 

Maddə 13-9. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə nəzarət

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyətin həyata keçirilməsi ilə bağlı qanunla, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən olunmuş tələblərə riayət etməsinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. 

Maddə 13-10. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov məbləğinə dair tələb

13-10.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir.

13-10.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən bu fəaliyyət iki və artıq obyektdə həyata keçirildikdə girov məbləğinə dair tələblər hər ikinci və növbəti obyekt üçün bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğin əlli faizi həcmində müəyyən edilir.

13-10.3. Bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən edilmiş girovun tam məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə olduğu müddətdə geri qaytarılmır.

13-10.4. Bu Qanunun 13-8.1.1 13-8.1.4-cü və 13-8.1.6 13-8.1.11-ci maddələrinə əsasən lisenziyası ləğv edilmiş şəxs maliyyə bazarlarına nəzarət orqanının rəyini təqdim etməklə müvəkkil bankdan girov vəsaitini geri ala bilər. Rəyin forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

13-10.5. Bu Qanunun 13-8.1.5-ci və 13-11.6-cı maddələrində nəzərdə tutulmuş hallarda girov vəsaitinin geri qaytarılması məhkəmə qərarına əsasən həyata keçirilir.

13-10.6. Müvəkkil bank bu Qanunla müəyyən olunmuş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs üçün açılmış hesab və bu hesaba yerləşdirilmiş girov vəsaiti barədə məlumatı 3 iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

13-10.7. Müvəkkil bank bu Qanunla müəyyən edilmiş hallarda geri qaytarılmış girov məbləği ilə bağlı məlumatı 3 iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

Maddə 13-11. Lisenziyası ləğv edilmiş şəxsə maliyyə bazarlarına nəzarət orqanının rəyinin təqdim edilməsi

13-11.1. Bu Qanunun 13-8.1.1 13-8.1.4-cü, 13-8.1.6 13-8.1.9-cu və 13-8.1.11-ci maddələrinə əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul olunduqdan sonra maliyyə bazarlarına nəzarət orqanı, bu Qanunun 13-8.1.5-ci maddəsində nəzərdə tutulan əsas üzrə məhkəmə baxışı təyin edildikdən sonra isə məhkəmə tərəfindən iki iş günü müddətində bu barədə rəsmi dövri mətbu nəşrdə elan dərc olunur. Elanda aşağıdakılar göstərilir:

13-11.1.1. lisenziyası ləğv edilmiş (barəsində məhkəmə baxışı təyin edilmiş) valyuta mübadiləsi fəaliyyətini həyata keçirən rezident hüquqi şəxsin və ya qeyri-rezident hüquqi şəxsin filialının adı, hüquqi ünvanı və fəaliyyət ünvanı;

13-11.1.2. lisenziyası ləğv edilmiş (barəsində məhkəmə baxışı təyin edilmiş) valyuta mübadiləsi fəaliyyətini həyata keçirən rezident fiziki şəxsin adı, atasının adı, qeydiyyat ünvanı və fəaliyyət ünvanı;

13-11.1.3. lisenziyanın ləğvi (barəsində məhkəmə baxışı təyin edilməsi) barədə qərarın tarixi və nömrəsi;

13-11.1.4. məhkəməyə müraciət etmə qaydası və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı;

13-11.1.5. bu Qanunun 13-8.1.5-ci maddəsində nəzərdə tutulan əsas üzrə məhkəmə baxışı təyin edildikdə, həmçinin məhkəmə baxışının təyin edilmiş tarixi.

13-11.2. Bu Qanunla müəyyən olunmuş qaydada lisenziyası ləğv edilmiş və ya lisenziyasının ləğv edilməsi ilə bağlı məhkəmə baxışı təyin edilmiş şəxslərə qarşı tələb irəli sürmək istəyən şəxslər bu Qanunun 13-11.1-ci maddəsində nəzərdə tutulan elan dərc olunduqdan sonra iki ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

13-11.3. Bu Qanunun 13-11.2-ci maddəsində nəzərdə tutulan iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən iki iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına məlumat verilir.

13-11.4. Məhkəmələr tərəfindən bu Qanunun 13-11.2-ci maddəsinə əsasən təqdim olunan iddia ərizələrinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən baxılır.

13-11.5. Bu Qanunun 13-11.2-ci maddəsində müəyyən olunmuş müddətdə məhkəməyə iddia ərizəsinin daxil olması barədə maliyyə bazarlarına nəzarət orqanına məlumat daxil olmadıqda, habelə bu Qanunun 13-2.7-ci, 13-8.1.8-ci, 13-8.1.10-cu və 13-8.1.12-ci maddələrində nəzərdə tutulmuş hallarda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən iki iş günü müddətində müvəkkil bankdan girov məbləğinin qaytarılmasına dair rəy verilir.

13-11.6. Bu Qanunun 13-11.2-ci maddəsinə əsasən məhkəməyə müraciət olunduqda müvəkkil bank tərəfindən girov məbləğinin qaytarılması məhkəmə qərarına əsasən həll olunur. 

Maddə 13-12. Valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestri

13-12.1. Maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin adları, hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanları, onlara verilmiş, dayandırılmış və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixi haqqında məlumatlar daxil edilir.

13-12.2. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxslər reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində maliyyə bazarlarına nəzarət orqanına 5 gün müddətində yazılı bildiriş göndərirlər.

III f ə s i l

VALYUTA NƏZARƏTİ

Maddə 14. Valyuta nəzarətinin məqsəd və istiqamətləri

1.   Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir.

2.   Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:

a) aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğunluğunu və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən etmək;

b) dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının valyuta bazarında valyutanın satışı üzrə öhdəliklərin rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini yoxlamaq;

v) xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq;

q) valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və obyektivliyini yoxlamaq.

Maddə 14-1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması [25]

14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir.[26]

14-1.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərə əməl etməlidirlər.[27]

Maddə 15. Valyuta nəzarəti orqanları və agentləri

1. Azərbaycan Respublikasında valyuta nəzarəti valyuta nəzarəti orqanları və onların agentləri tərəfindən həyata keçirilir.

2. Azərbaycan Respublikasının əsas valyuta nəzarəti orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanıvə müvafiq icra hakimiyyəti orqanıdır, valyuta nəzarəti agentləri isə müvəkkil banklardır.[28]

3. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən icra hakimiyyəti orqanı rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir.[29]

Maddə 16. Valyuta nəzarəti orqanları və agentlərinin səlahiyyətləri

1.   Valyuta nəzarəti orqanları öz səlahiyyətləri daxilində bütün rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasında icrası məcburi hesab edilən normativ aktlar qəbul edirlər.

2.   Valyuta nəzarəti orqanları və agentləri öz səlahiyyətləri daxilində:

a) Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət edirlər;[30]

b) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarını yoxlayırlar;

v) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən edirlər.

Maddə 17. Rezident və qeyri-rezidentlərin hüquq və vəzifələri

1. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezident və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə və bu valyutada qiymətli kağızlarla əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı hüquqlara malikdirlər:

a) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılmış yoxlamaların nəticələri ilə tanış olmaq;

b) valyuta nəzarəti agentlərinin fəaliyyəti barədə müvafiq valyuta nəzarəti orqanlarına, valyuta nəzarəti orqanlarının fəaliyyəti barədə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada şikayət etmək;

v) bu Qanunla və Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

2. Azərbaycan Respublikasında valyuta əməliyyatları həyata keçirən rezidentlər və qeyri-rezidentlər, həmçinin milli valyuta ilə əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:

a) valyuta nəzarəti orqanları və agentlərinə valyuta nəzarəti funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan informasiya və sənədləri təqdim etmək;

b) valyuta-nəzarəti orqanları və agentlərinə onlar tərəfindən yoxlamaların aparılması zamanı, eləcə də yoxlamaların nəticələri üzrə izahatlar təqdim etmək;

v) valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılan yoxlama aktlarında göstərilmiş faktlarla razılaşmadıqda aktın imzalanmasından imtina edilməsinin səbəbləri barədə yazılı izahat təqdim etmək;

q) onlar tərəfindən həyata keçirilən valyuta əməliyyatları üzrə uçot aparmaq və hesabat hazırlamaq, onları 5 ildən az olmayan müddətə saxlamaq;

ğ) aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasına dair valyuta nəzarəti orqanlarının tələblərini (göstərişlərini) yerinə yetirmək;

d) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Maddə 18. Valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət

1. Müvəkkil banklar da daxil olmaqla, bu Qanunun müddəalarını pozmuş rezidentlər və qeyri-rezidentlər aşağıdakı şəkildə məsuliyyət daşıyırlar:

a) bu Qanuna görə etibarsız hesab edilən əqdlər üzrə, habelə əqdlər üzrə deyil, qeyri-qanuni fəaliyyətlər nəticəsində əldə edilən gəlirlərin dövlətin mədaxilinə silinməsi;

b) müvəkkil banklar da daxil olmaqla rezidentlər və qeyri-rezidentlər valyuta əməliyyatları uçotunu aparmadıqlarına və onu müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirdiklərinə, bu Qanunun 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valyuta nəzarəti orqanlarına və agentlərinə sənədləri və məlumatları təqdim etmədiklərinə və ya vaxtında təqdim etmədiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

2.   Bu maddədə göstərilən sanksiyaların tətbiq edilməsi valyuta nəzarəti orqanları tərəfindən, o cümlədən valyuta nəzarəti agentlərinin təqdimatı ilə hüquqi şəxslər üzrə mübahisəsiz qaydada, fiziki şəxslər üzrə isə məhkəmə qaydasında həyata keçirilir.

3.   Valyuta qanunvericiliyinin pozulmasına görə rezident və qeyri-rezident olan müəssisə və təşkilatların, o cümlədən müvəkkil bankların vəzifəli şəxsləri, eləcə də fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə inzibati, mülki-hüquqi və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 19. Valyuta nəzarəti orqanları və agentlərinin vəzifəli şəxslərinin hüquq və vəzifələri[31]

1. Valyuta nəzarəti orqanları və agentləri aşağıdakı hüquqlara malikdirlər:

a) onlar tərəfindən həyata keçirilən valyuta nəzarəti funksiyaları ilə əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq, eləcə də valyuta qanunvericiliyi sahəsində pozuntuları əks etdirən sənədləri götürmək;

b) bu maddədə göstərilən sənədlərin və məlumatların təqdim edilmədiyi halda müvəkkil banklarda hesablar üzrə əməliyyatları dayandırmaq;

v) müvəkkil banklar da daxil olmaqla rezidentlərə, eləcə də qeyri-rezidentlərə valyuta əməliyyatlarını həyata keçirmək hüququ verən lisenziya və icazələrin qüvvəsini dayandırmaq və ya onları ləğv etmək;[32]

q) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara.

2.   Valyuta nəzarəti orqanları və agentləri, onların vəzifəli şəxsləri valyuta nəzarəti funksiyasını yerinə yetirərkən rezident və qeyri-rezidentlərin onlara məlum olmuş kommersiya sirlərini qorumalıdırlar.

3.   Valyuta nəzarəti orqanları və onların vəzifəli şəxsləri onlara həvalə edilmiş vəzifələri lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərlər.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 21 oktyabr 1994-cü il
910

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       27 noyabr 2001-ci il tarixli 220-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 737)

2.       30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 1)

3.       3 mart 2006-cı il tarixli 82-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3, maddə 225)

4.       17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 562)

5.       7 dekabr 2007-ci il tarixli 507-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 12, maddə 1216)

6.       30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 24 iyul 2009-cu il, 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 07, maddə 517)

7.       5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276)

8.       30 sentyabr 2014-cü il tarixli 1048-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 09 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1168)

9.       4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423)

10.    25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741)

11.    13 iyun 2017-ci il tarixli 732-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 15 iyul 2017-ci il, 150,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1291)

12.    3 aprel 2018-ci il tarixli 1056-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 12 may 2018-ci il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 847)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276) ilə mətnində ismin müvafiq hallarında Milli Banksözləri ismin müvafiq hallarında Mərkəzi Bank sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 mart 2006-cı il tarixli 82-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3, maddə 225) ilə 1-ci maddəsinin 1-ci bəndinin "a)" yarımbəndində "bank biletləri (banknotları) şəklində olan manatlar və sikkələri" sözləri "buraxdığı kağız və metal pul nişanları" sözləri ilə əvəz edilmişdir.

 

[3] 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 562) ilə 1-ci maddənin 4-cü bəndində v yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

v) qiymətli metallar zərgərlik, digər məişət məmulatı və bu məmulatın qırıntıları istisna olmaqla, hər hansı növdə və halda olan qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, iridium, rodium, rutenium və osmium);

 

[4] 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 562) ilə 1-ci maddənin 4-cü bəndində q yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

q) xam və emal edilmiş (zərgərlik, digər məişət məmulatı və bu məmulatın qırıntıları istisna olmaqla) təbii daş-qaş (almaz, yaqut, zümrüd, sapfir, aleksandrit, mirvari).

 

[5] 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 562) ilə 1-ci maddənin 4-cü bəndinin altıncı abzas çıxarılmışdır.

 

[6] 25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə 1-ci maddənin 7-ci hissəsinin a bəndinə o cümlədən sözlərindən sonra valyuta mübadiləsi əməliyyatları, habelə sözləri əlavə edilmişdir.

 

[7] 25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə 1-ci maddəyə yeni məzmunda 7-1-ci və 7-2-ci hissələr əlavə edilmişdir.

 

[8] 4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 1-ci maddənin 11-ci hissəsində Azərbaycan Respublikasının Mərkəzi Bankının sözləri maliyyə bazarlarına nəzarət orqanının sözləri ilə əvəz edilmişdir.

 

[9] 4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 1-ci maddəyə yeni məzmunda 12-ci hissə əlavə edilmişdir.

 

[10] 4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 3-cü maddənin 2-ci hissəsinin birinci abzasında ikinci cümləsində Mərkəzi Bankının sözlərindən sonra maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla sözləri əlavə edilmişdir.

25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə 3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 3. Azərbaycan Respublikasının daxili valyuta bazarı

1. Rezidentlər Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada və məqsədlər üçün Azərbaycan Respublikasının daxili valyuta bazarında xarici valyutanı satmaq və almaq hüququna malikdirlər.

2. Azərbaycan Respublikasında xarici valyutanın alınması və satılması Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə həyata keçirilir. Xarici valyutanın alğı-satqısı əqdləri bilavasitə müvəkkil banklar arasında, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qayda və şərtlər daxilində fəaliyyət göstərən valyuta birjaları vasitəsi ilə həyata keçirilə bilər.

Müvəkkil bankların iştirakı olmadan xarici valyutanın alınması və satılmasına icazə verilmir.

3. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarını pozmaqla bağlanan xarici valyutanın alğı-satqısı əqdləri etibarsız sayılır.

4. Azərbaycan Respublikası Mərkəzi Bankı manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edir və satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya bilər.

 

[11] 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 562) ilə 4-cü maddənin 2-ci bəndi çıxarılmışdır.

 

[12] 4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 7-ci maddənin 3-cü və 4-cü hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Rezidentlər Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi hal və şərtlər daxilində Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesabı aça bilərlər.

4. Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının açılması və bu hesablar üzrə əməliyyatların aparılması qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

 

[13] 27 noyabr 2001-ci il tarixli 220-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 737) ilə 8-ci maddənin üçüncü bəndinin birinci və ikinci abzasları yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

İstər hüquqi, istərsə də fiziki şəxs olan rezidentlər gömrük qaydalarına əməl etməklə valyuta sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və göndərmək hüququna malikdirlər.

Rezidentlərə məxsus xarici valyutanın və xarici valyutada qiymətli kağızların Azərbaycan Respublikasına köçürülməsi və göndərilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və göndərilməsi qaydasını Azərbaycan Respublikasının Milli Bankı müəyyən edir.

 

[14] 17 aprel 2007-ci il tarixli 320-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 562) ilə 8-ci maddədə 3-cü bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi şəxs olan rezidentlər tərəfindən qiymətli metalların, təbii daş-qaşların Azərbaycan Respublikasından çıxarılması və göndərilməsi, habelə onların Azərbaycan Respublikasına gətirilməsi qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

 

[15] 27 noyabr 2001-ci il tarixli 220-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 737) ilə 9-cu maddə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 9. Fiziki şəxs olan rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

1.    Fiziki şəxs olan rezidentlər Azərbaycan Respublikasına əvvəllər köçürülmüş, gətirilmiş və göndərilmiş valyuta sərvətlərini gömrük qaydalarına əməl etmək şərti ilə onlar tərəfindən təqdim olunan bəyannaməyə müvafiq surətdə Azərbaycan Respublikasından köçürmək, çıxarmaq və göndərmək hüququna malikdirlər.

2.    Bu maddənin 1-ci bəndində göstərilmiş hallar istisna olmaqla, xarici valyutanın və digər valyuta sərvətlərinin fiziki şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikasından çıxarılması, köçürülməsi və göndərilməsi qaydasını Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Nazirlər Kabineti birgə müəyyən edirlər.

3.    Fiziki şəxs olan rezidentlərin xarici valyuta vəsaiti, o cümlədən Azərbaycan Respublikasının ərazisində əldə etdikləri vəsait müvəkkil banklardakı valyuta hesablarına sərbəst köçürülməlidir.

 

[16] 7 dekabr 2007-ci il tarixli 507-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 12, maddə 1216) ilə 9-cu maddəsinin 6-cı hissəsinin , valyuta sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini isə müvafiq icra hakimiyyəti orqanı sözləri çıxarılmışdır.

 

[17] 4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 10-cu maddənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bu hesabların açılması və onlardan istifadə edilməsi qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

 

[18] 27 noyabr 2001-ci il tarixli 220-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 737) ilə 11-ci maddə yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 11. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları

1. Qeyri-rezidentlər gömrük qaydalarına əməl etmək şərti ilə valyuta sərvətlərini Azərbaycan Respublikasına köçürmək, gətirmək və göndərmək hüququna malikdirlər.

2.    Qeyri-rezidentlər xarici valyutanı Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada milli valyuta ilə alıb-satmaq hüququna malikdirlər.

3.    Əkər valyuta sərvətləri Azərbaycan Respublikasına qeyri-rezidentlər tərəfindən əvvəllər köçürülmüş, gətirilmiş və ya göndərilmişsə, yaxud bu maddənin 2-ci bəndində göstərilən qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər yollarla əldə edilmişsə, bu zaman qeyri-rezidentlər həmin valyuta sərvətlərini Azərbaycan Respublikasından maneəsiz köçürmək, çıxarmaq və göndərmək hüququna malikdirlər.

4.    Bu maddənin 3-cü bəndində göstərilmiş hallar istisna olmaqla, valyuta sərvətlərinin qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasından köçürülməsi, çıxarılması və göndərilməsi qaydalarını müvafiq olaraq Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müəyyən edirlər.

 

[19] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 24 iyul 2009-cu il, 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 07, maddə 517) ilə 9-cu maddənin 3-cü bəndinə və 11-ci maddənin 4-cü bəndinə Bankına sözündən sonra , maliyyə monitorinqi orqanına sözləri əlavə edilmişdir.

 

[20] 25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə 11-ci maddənin 8-ci hissəsindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada sözləri çıxarılmışdır.

 

[21] 4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 13-cü maddənin 2-ci hissəsində q bəndinərezidentlər sözündən sonra (qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və onların idarəçiləri istisna olmaqla) sözləri əlavə edilmişdir.

 

[22] 4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 13-cü maddənin 2-ci hissəsində ğ bəndi ləğv edilmişdir.

 

[23] 25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə 13-cü maddənin 2-ci hissəsinin d bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

d) valyuta əməliyyatları üzrə uçotun, hesabatın, sənədləşmənin və statistikanın vahid formalarını, habelə onların təqdim olunması qaydasını və müddətlərini müəyyən edir;

 

[24] 25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə yeni məzmunda II-I fəsil əlavə edilmişdir.

 

[25] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 24 iyul 2009-cu il, 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 07, maddə 517) ilə yeni məzmunda 14-1-ci maddə əlavə edilmişdir.

 

[26] 13 iyun 2017-ci il tarixli 732-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 15 iyul 2017-ci il, 150,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 7, maddə 1291ilə 14-1-ci maddəsinin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aşağıdakı əməliyyatlar barədə məlumatları dərhal maliyyə monitorinqi orqanına təqdim etməlidir:

14-1.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) vətəndaşları, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslər, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması;

14-1.1.2. ilkin çıxış məntəqəsi bu Qanunun 14-1.1.1-ci maddəsində göstərilən dövlət (ərazi) olan valyuta sərvətlərinin hər hansı şəxs tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması.

 

[27] 3 aprel 2018-ci il tarixli 1056-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 12 may 2018-ci il, 106, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 5, maddə 847ilə 14-1-ci maddəsinin mətni 14-1.1-ci maddə hesab olunmuşdur və yeni məzmunda 14-1.2-ci maddə əlavə edilmişdir.

 

[28] 27 noyabr 2001-ci il tarixli 220-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 737) ilə 15-ci maddənin ikinci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Azərbaycan Respublikasında valyuta nəzarəti orqanları Azərbaycan Respublikasının Milli Bankı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir.

 

30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 1) ilə 15-ci maddənin 2-ci bəndində "Milli Bankı" sözündən sonra "və müvafiq icra hakimiyyəti orqanıdır" sözləri əlavə edilmişdir.

 

4 mart 2016-cı il tarixli 157-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan qəzeti, 13 mart 2016-cı il, 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 03, maddə 423) ilə 15.2-ci maddəyə Mərkəzi Bankı sözlərindən sonra , maliyyə bazarlarına nəzarət orqanı sözləri əlavə edilmişdir.

 

[29] 27 noyabr 2001-ci il tarixli 220-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 737) ilə 15-ci maddənin üçüncü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Valyuta nəzarəti agentləri Azərbaycan Respublikasının Milli Bankı qarşısında hesabat verən müvəkkil banklardır.

 

[30] 25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə 16-cı maddənin 2-ci hissənin a bəndindənlisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə, sözləri çıxarılmışdır.

 

[31] 30 sentyabr 2014-cü il tarixli 1048-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 09 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1168) ilə 19-cu maddəsinin adından vəzifəli şəxslərinin sözləri çıxarılmışdır, 1-ci hissəsində orqanlarının və agentlərinin vəzifəli şəxsləri bu orqanların səlahiyyətləri daxilindəsözləri orqanları və agentləri sözləri ilə əvəz edilmişdir.

 

[32] 25 aprel 2017-ci il tarixli 649-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 may 2017-ci il, 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 741ilə 19-cu maddənin 1-ci hissəsinin v bəndi ləğv edilmişdir.