Vergi münasibətlərinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №– 8, III kitab, maddə 616; 2005-ci il, №– 12, maddə 1099; 2006-cı il №– 5, maddə 400, №– 12, maddə 1034; 2007-ci il, №– 4, maddə 323, №– 12, maddə 1225) 1-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1.1. ikinci-beşinci abzaslar müvafiq olaraq 1.1-ci-1.4-cü bəndlər, yeddinci-onuncu abzaslar isə müvafiq olaraq 1.5-ci-1.8-ci bəndlər hesab edilsin;
1.2. 1.1-ci, 1.2-ci, 1.4-cü və 1.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
«1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 27.2-ci, 28.3-cü, 30.4-cü, 102.1.4-cü və 102.1.17-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 23.1.3-cü, 38.6-cı, 50.7-ci maddələrində, 72.2-ci maddəsinin üçüncü abzasında, 83.9-cu, 87.4-cü, 98.3-cü, 102.1.14.1-ci, 102.8-ci, 109.3-cü, 109.7-ci, 111.3-cü, 124.4-cü, 159.9-cu, 164.2-ci, 175.1.3-cü, 175.8-ci, 190.2-ci, 190.5-ci, 194.1-ci, 200.1-ci, 206.2-ci, 217.6-cı və 220.8-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.4. həmin Məcəllənin 16.1.10-cu, 20.1-ci, 26.3-cü, 33.7-ci, 33.7.1-ci, 33.7.7-ci, 33.7.9-cu (birinci halda), 33.8.4.7-ci, 33.8.5.5-ci, 34.1-ci, 34.2-ci, 34.7.2-ci, 34.8-ci, 34.8.3-cü maddələrində, 35.1-ci maddəsinin birinci və ikinci abzasında (ikinci halda), 37.4-cü, 38.5-ci, 39.3-cü, 43.2.4-cü, 43.10-cu, 50.6-cı, 63.2-ci maddələrində, 72.2-ci maddəsinin birinci abzasında, 76.2-ci, 85.9-cu, 85.11-ci, 85.16-cı (birinci halda), 87.2-ci, 89.3-cü, 89.13.2-ci, 89.13.3-cü, 90.6-cı, 150.3.3-cü, 157.1-ci, 157.2-ci, 169.5-ci, 169.7-ci, 192.1-ci, 194.2.1-ci, 212.5-ci (ikinci və üçüncü halda), 221.4.6-cı, 221.4.10-cu (ikinci halda), 221.5-ci maddələrində və 221.4.13-cü maddəsinin ikinci abzasında (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
1.5. həmin Məcəllənin 33.7.9-cu (ikinci və üçüncü halda), 85.16-cı (ikinci halda), 158.2-ci, 176.2-ci və 195.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;»;
1.3. 1.8-ci bənddə «qeydiyyat şöbələri» sözlərindən sonra «, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi» sözləri əlavə edilsin.
1.4. aşağıdakı məzmunda 1.9-cu — 1.19-cu bəndlər əlavə edilsin:
«1.9. həmin Məcəllənin 14.10-cu maddəsində (hər iki halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;
1.10. həmin Məcəllənin 24.0.7-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;
1.11. həmin Məcəllənin 33.8.6-cı maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
1.12. həmin Məcəllənin 35.1-ci maddəsinin ikinci abzasında (birinci halda) və 35.4-cü maddəsinin ikinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;
1.13. həmin Məcəllənin 89.15-ci maddəsinin birinci abzasında (birinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 2000-ci il 16 may tarixli 878-IQ nömrəli Qanunu ilə müəyyən edilmiş özəlləşdirilməsi qadağan olan əmlaka və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 2.2-ci bölməsində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, 2.3-cü bölməsində nəzərdə tutulmuş müəssisə və obyektlərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirir;
1.14. həmin Məcəllənin 89.15-ci maddəsinin birinci abzasında (ikinci halda) və ikinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həyata keçirir;
1.15. həmin Məcəllənin 102.1.13-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir;
1.16. həmin Məcəllənin 102.1.14.8-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
1.17. həmin Məcəllənin 194.2.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin iştirakı ilə həyata keçirir;
1.18. həmin Məcəllənin 212.2-ci və 212.5-ci (birinci halda), 220.7-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
1.19. həmin Məcəllənin 221.4.7-ci maddəsində (hər iki halda), 221.4.8-ci maddəsinin birinci abzasında, 221.4.9-cu, 221.4.10-cu (birinci halda) maddələrində, 221.4.13-cü maddəsinin birinci abzasında və ikinci abzasında (birinci halda) maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.».
2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 3, maddə 162; 2005-ci il, №– 9, maddə 797; 2006-cı il, №– 5, maddə 400; 2007-ci il, №– 4, maddə 323, №– 12, maddə 1246) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 11.21-ci bənd əlavə edilsin:
«11.21. Qanunla müəyyən edilmiş hallarda kommersiya qurumlarının dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq.».
3. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli, 330 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №– 12, maddə 1099; 2008-ci il, №– 3, maddə 166) 2.5-ci bəndində «221.4.7-ci maddəsinin ikinci abzasında» sözləri «221.4.7-ci maddəsində» sözləri ilə əvəz edilsin.
4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 11 noyabr 2008-ci il
№– 16
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 noyabr 2008-ci il, №– 254).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2008-ci il, №– 11 (137), maddə 972).