Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısını təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 9, maddə 555; 2003-cü il, №– 3, maddə 153, №– 10, maddə 570; 2005-ci il, №– 2, maddə 69, №– 4, maddələr 301, 307, №– 8, maddə 721, №– 10, maddə 919, №– 12, maddələr 1104, 1117, 2006-cı il, №– 7, maddə 591, №– 9, maddə 743, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 483 nömrəli Fərmanı) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1.1. Fərmanın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» (Əlavə №– 2) təsdiq edilsin.»;
1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə №– 2 yeni redaksiyada verilsin (əlavə olunur).
2. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №–12, maddə 767) 1-ci bəndinin 5-ci abzası çıxarılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 29 dekabr 2006-cı il
№– 510
«Respublika» qəzetində dərc edilmişdir (31 dekabr 2006-cı il, №– 295) .
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, №– 12, maddə 1057) .
29 iyun 2007-ci il tarixli, 605 nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 826 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.
Əlavə №– 2 Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli, 510 nömrəli fərmanı ilə təsdiq edilmişdir
Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri
Sıra №–-si | Fəaliyyət növlərinin adı | Lisenziya verən icra hakimiyyəti orqanı | Dövlət rüsumunun məbləği (manatla) |
---|---|---|---|
1.
|
I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışı
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
1100
|
2.
|
Kartoqrafiya fəaliyyəti
|
Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
|
1100
|
3.
|
Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
1100
|
4.
|
Toksiki istehsalat tullantılarının ütilizasiyası və zərərsizləşdirilməsi
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
1100
|
5.
|
Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
|
2200
|
6.
|
Neft məhsullarının satışı
|
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
|
5500
|
7.
|
Qaz məhsullarının satışı
|
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
|
5500
|
8.
|
Tibb fəaliyyəti
|
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
|
5500
|
9.
|
Əczaçılıq fəaliyyəti
|
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
|
5500
|
10.
|
Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin):
|
|
|
10.1.
|
istehsalı
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
|
5500
|
10.2.
|
idxalı
|
|
11000
|
10.3.
|
satışı
|
Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları
|
220
|
11.
|
Tütün məmulatının:
|
|
|
11.1.
|
istehsalı
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
|
5500
|
11.2.
|
idxalı
|
|
11000
|
11.3.
|
satışı
|
Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları
|
220
|
12.
|
Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən geyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması
|
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
|
2200
|
13.
|
Su nəqliyyatı ilə yük və sərnişin daşınması
|
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
|
5500
|
14.
|
Hava nəqliyyatı ilə yük və sərnişin daşınması
|
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
|
5500
|
15.
|
Rabitə xidmətləri:
|
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
|
|
15.1.
|
telefon (məftilli)
|
|
5000
|
15.2.
|
sellülar (mobil)
|
|
11000
|
15.3.
|
radiotrank və simsiz telefon
|
|
5000
|
15.4.
|
ölkədaxili telekommunikasiya kanallarının təşkili
|
|
5000
|
15.5.
|
beynəlxalq telekommunikasiya kanallarının təşkili
|
|
11000
|
15.6.
|
İP- telefoniya (internet-telefoniya)
|
|
8000
|
15.7.
|
məlumatların ötürülməsi (data)
|
|
6000
|
15.8.
|
sürətli poçt xidməti
|
|
2500
|
16.
|
İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyəti
|
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
|
2200
|
17.
|
Təhsil müəssisələrinin fəaliyyəti:
|
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
|
|
17.1.
|
məktəbəqədər tərbiyə müəssisələri
|
|
2500
|
17.2.
|
ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri
|
|
4000
|
17.3.
|
ali təhsil müəssisələri
|
|
5500
|
18.
|
Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti
|
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
2200
|
19.
|
Bank fəaliyyəti:
|
Azərbaycan Respublikasının Milli Bankı
|
|
19.1.
|
banklar
|
|
22000
|
19.2.
|
bank olmayan kredit təşkilatları
|
|
1100
|
20.
|
Qeyri-dövlət pensiya fondlarının fəaliyyəti
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
11000
|
21.
|
Sığorta fəaliyyəti
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
22000
|
22.
|
Auditor fəaliyyəti
|
Azərbaycan Respublikasının Auditorlar Palatası
|
2200
|
23.
|
Əmtəə birjasının fəaliyyəti
|
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
|
11000
|
24.
|
Fond birjasının fəaliyyəti
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
|
11000
|
25.
|
İnvestisiya fondunun fəaliyyəti
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
|
11000
|
26.
|
Qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti (broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili)
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
|
5500
|
27.
|
Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət
|
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
|
5500
|
28.
|
Ciddi hesabat blanklarının hazırlanması
|
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
|
2200
|
29.
|
Müxtəlif növ möhürlərin və ştampların hazırlanması
|
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
|
2200
|
30.
|
Turizm fəaliyyəti
|
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
|
5500
|
31.
|
Gömrük broker fəaliyyəti
|
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
|
11000
|
32.
|
Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi
|
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
|
11000
|
33.
|
Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət)
|
Milli Televiziya və Radio Şurası
|
11000
|
34.
|
Yabanı dərman bitkiləri xammalının yığılması
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
|
550
|
35.
|
Avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması:
|
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
|
|
35.1.
|
avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşınması
|
|
150
|
35.2.
|
avtomobil nəqliyyatı ilə şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması
|
|
110
|
36.
|
Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı
|
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
|
550
|
37.
|
Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti
|
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
|
1500
|
38.
|
Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
550
|
39.
|
Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
2200
|
40.
|
Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
2200
|
41.
|
Liftlərin quraşdırılması və təmiri
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
550
|
42.
|
Attraksionların quraşdırılması və istismarı
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
2500
|
43.
|
Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
2500
|
44.
|
Qaldırıcı qurğuların, metallurqiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmiri
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
2500
|
45.
|
Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
2500
|
46.
|
Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
3600
|
47.
|
Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
3600
|
48.
|
Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
3600
|
49.
|
Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
3600
|
50.
|
Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
3600
|
51.
|
Qiymətli metalların və qiymətli daşların:
|
|
|
51.1.
|
istehsalı (qiymətli metalların filizlərdən, konsentratlardan alınması)
|
Azərbaycan Respublikasının Mallyyə Nazirliyi
|
5000
|
51.2.
|
emalı və istifadəsi (qiymətli metallardan və qiymətli daşlardan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının hazırlanması və təmiri)
|
Azərbaycan Respublikasının Mallyyə Nazirliyi
|
500
|
51.3.
|
dövriyyəsi (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması)
|
Azərbaycan Respublikasının Mallyyə Nazirliyi
|
550
|