Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Dövlət sirrinə aid edilən məlumatların siyahısı»nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Dövlət sirrinə aid edilən məlumatların Siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 11, maddə 665; 1999-cu il, 2, maddə 66, 8, maddə 182; 2001-ci il, 12, maddə 755; 2003-cü il, 10, maddələr 546, 571, 585; 2004-cü il, 1, maddə 19; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 193 nömrəli və 19 aprel tarixli 224 nömrəli Fərmanları) 1-ci bəndinin üçüncü abzası və həmin Fərmanla təsdiq edilmiş Dövlət sirrinə aid edilən məlumatların Siyahısı qüvvədən düşmüş hesab edilsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2005-ci il
248

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

Dövlət sirrinə aid edilən məlumatların siyahısı [1]

I. ÜMUMİ MÜDDƏALAR

1. Dövlət sirrinə aid edilən məlumatların Siyahısı (bundan sonra - Siyahı) Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilmişdir. Siyahı ilə dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar, habelə həmin məlumatlar barədə sərəncam vermək səlahiyyətlərinə malik olan dövlət hakimiyyəti orqanları müəyyən edilir.

Siyahıda göstərilən dövlət hakimiyyəti orqanlarından hər biri qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində sahə, idarə və ya proqram mənsubiyyətli məlumatlar barədə, habelə digər məlumat mülkiyyətçilərinin təqdim etdikləri uyğun məlumatlar barədə sərəncam vermək səlahiyyətlərinə malikdirlər.

2. Siyahıda aşağıdakı anlayışlardan və akronimlərdən istifadə edilir:

rejimli obyektlər - fəaliyyətləri üçün əlavə təhlükəsizlik tədbirləri müəyyən edilmiş hərbi və xüsusi obyektlər, hərbi hissələr, müəssisə, idarə və təşkilatlar;

hərbi obyektlər - qoşunların döyüş mövqeləri, idarəetmə məntəqələri, poliqonları, rabitə qovşaqları, radiotexniki sistemləri, bazaları, anbarları və hərbi təyinatlı digər qurğuları;

xüsusi obyektlər - müharibə dövründə dövləti və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini idarəetmə məntəqələri, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətini təmin edən digər obyektlər;

müəssisə və təşkilatlar - mülkiyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılan hüquqi şəxslər, habelə onların filial və nümayəndəlikləri;

qoşunlar - Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr;

silah - düşmən canlı qüvvəsini, texnikasını, qurğularım və digər obyektlərini məhv etmək üçün nəzərdə tutulmuş vasitələr, onların tərkib hissələri və dəstləşdirici məmulatları;

hərbi texnika - qoşunların fəaliyyətinin döyüş, texniki və arxa təminatı üçün nəzərdə tutulmuş texniki vasitələr, habelə bu vasitələrə nəzarət etmək və onların sınağı üçün nəzərdə tutulan avadanlıqlar və cihazlar, onların tərkib hissələri və dəstləşdirici məmulatları;

dövlət mühafizəsi obyektləri - dövlət tərəfindən mühafizə edilməli şəxslər;

mühafizə olunan obyektlər - dövlət hakimiyyəti orqanlarının yerləşdiyi binalar, tikililər və qurğular, həmin binalara, tikililərə və qurğulara bitişik olan, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qorunmalı olan ərazilər və akvatoriyalar, habelə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan binalar, tikililər, qurğular, onlara bitişik olan ərazilər və akvatoriyalar;

DTX - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;[2]

MN - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;

DİN - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

XDMX - Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti;

DSX - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;

SHXÇDX - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;[3]

XKX - Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti. [4]

 

II. HƏRBİ SAHƏDƏ MƏLUMATLAR[5] 

Dövlət sirrinə aid edilən məlumatlar Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
1
2
1. Qoşunlardan istifadənin strateji planlanın, əməliyyat planlarını, döyüşü idarəetməyə dair sənədləri, qoşunların müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi üzrə sənədləri, onların strateji və əməliyyat planlan üzrə düzülməsini, quruculuq planlarını, döyüş hazırlığını, hərbi-siyasi və (və ya) əməliyyat şəraitini, əməliyyat (döyüş) hazırlığı vəziyyətini, fəaliyyətinin təminatlığını, səfərbərlik hazırlığını, səfərbərlik ehtiyatlarının yaradılmasını və istifadəsini, qoşunları idarəetmə sistemlərinin tərkibini və (və ya) vəziyyətini, qoşunların səfərbərlik üzrə düzülməsini, səfərbərlik üzrə düzülməsini idarəetmə sistemini (və ya) onların şəxsi heyətlə, silah, hərbi texnika və başqa maddi vasitələrlə, maliyyə vəsaiti ilə, habelə hərbi daştmalarla təmin olunma imkanlarını, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq açıq bildirilməli olmayan qoşunların dislokasiyasını, həqiqi adını, təşkilati strukturunu, şəxsi heyətinin sayını, döyüş tərkibini və ya miqdarını açıqlayan məlumatlar
MN, DTX, XKX, DİN, DSX, SHXÇDX, XDMX, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra - İqtisadiyyat Nazirliyi), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Fövqəladə Hallar Nazirliyi) [6]
2. Silah və hərbi texnikanın inkişafının istiqamətlərini, uzunmüddətli proqnozlarını və ya planlarını, silah və hərbi texnika nümunələrinin yaradılması və ya modernləşdirilməsi üzrə aparılan məqsədli proqramların, elmi tədqiqat, təcrübi-konstruktor işlərinin məzmununu və ya yerinə yetirilməsinin nəticələrini, onların taktiki-texniki xarakteristikalarmı, silah və hərbi texnikanın konstruksiyasını, istehsal texnologiyasını, döyüş, fiziki və kimyəvi xüsusiyyətlərini, tətbiqi və ya istismar qaydalarını açıqlayan məlumatlar
MN, DTX, XKX, DİN, DSX, XDMX, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra - Milli Elmlər Akademiyası), Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra - Təhsil Nazirliyi), Fövqəladə Hallar Nazirliyi
3. Bakterial və ya tibbi mühafizə vasitələrinin tədarükünə dair plan və ya faktiki göstəriciləri açıqlayan məlumatlar
MN, DTX, XKX, DİN, DSX, XDMX, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Səhiyyə Nazirliyi), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - Ekologiya və Təbii Sərvətlər Nazirliyi), Fövqəladə Hallar Nazirliyi
4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrindəki öhdəliklərinin şamil edilmədiyi rejimli obyektlərin dislokasiyası, təyinatı, hazırlığı və ya mühafizə olunma dərəcəsi, tikintisi və istismarı, göstərilən obyektlərin tikintisi üçün torpaq sahələrinin, yerin təkinin və ya akvatoriyaların ayrılması, həmçinin bu obyektlərin yaradılması ilə əlaqədar planlaşdırılan və ya aparılan axtarış, layihə və s. işlər haqqqında məlumatlar
DTX, XKX, MN, DİN, DSX, XDMX, İqtisadiyyatNazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Əmlak Məsələləri Dövlət Komitəsi), Fövqəladə Hallar Nazirliyi[7]
5. Dövlətin müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin olunması mənafeyi naminə Azərbaycan Respublikası rabitə sisteminin qarşılıqlı əlaqələndirilmiş şəbəkəsinin istifadəsini və ya inkişafının perspektivlərini, hərbi və ya xüsusi təyinatlı radioelektron vasitələr üçün radiotezlikli zolaqların ayrılmasını və istifadə edilməsini, qoşunların bütün növ rabitə, radiolokasiya, radiotexniki təminatının təşkilini və ya fəaliyyətini açıqlayan məlumatlar
DTX, XKX, MN, DİN, DSX, XDMX, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi)
6. Beynəlxalq müqavilələrin predmeti olmayan mühüm müdafiə və ya iqtisadi əhəmiyyətli topoqrafiya, geodeziya və ya kartoqrafiya fəaliyyətinin nəticələrini açıqlayan məlumatlar
MN, DSX, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - Dövlət Neft Şirkəti), Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - Energetika Nazirliyi), Ekologiya və Təbii Sərvətlər Nazirliyi[8]

III. XARİCİ SİYASƏT SAHƏSİNDƏ MƏLUMATLAR

Dövlət sirrinə aid edilən məlumatlar
Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
7. Xarici-siyasi, xarici-iqtisadi, elmi-texniki əlaqə məsələləri üzrə dövlətin strategiyasını və taktikasını açıqlayan məlumatlar, əgər onların vaxtından əvvəl yayılması Azərbaycan Respublikasının mənafeyinə ziyan vura bilərsə
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (bundan sonra - Xarici İşlər Nazirliyi), İqtisadiyyat Nazirliyi, MN, DSX, Milli Elmlər Akademiyası, Müdafiə Sənayesi Nazirliyi
8. Bir və ya bir neçə xarici dövlətə və beynəlxalq təşkilata aid siyasi, hərbi, elmi-texniki və ya iqtisadi məsələlərə dair etibarlılıq əsasında əldə edilmiş məlumatlar, əgər onların yayılması həmin məlumatların mənbəyinin müəyyən edilməsinə səbəb ola bilərsə
Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, DTX, XKX, MN, DSX, SHXÇDX, Milli Elmlər Akademiyası, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Nazirliyi
9. Beynəlxalq münasibətlərdə vahid prinsipial mövqe işləyib hazırlamaq barədə Azərbaycan Respublikasının nümayəndələri ilə digər dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri arasında danışıqlar haqqında məlumatlar, əgər danışıq iştirakçılarının fikrinə görə, həmin məlumatların yayılması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə
Xarici İşlər Nazirliyi, DTX, XKX, MN, DSX, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Ədliyyə Nazirliyi)
10. Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv olunması, onların məzmunu haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl açıqlanması Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə, təhlükəsizliyinə, siyasi və ya iqtisadi mənafelərinə ziyan vura bilərsə
Xarici İşlər Nazirliyi, DTX, XKX, İqtisadiyyatNazirliyi, MN, DSX, XDMX, Ədliyyə Nazirliyi
11. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı, silah və hərbi texnikanın idxalı və ixracı, onların təmiri və istismarı haqqında, həmçinin silahların, hərbi texnikanın, hərbi və hərbi sənaye obyektlərinin yaradılmasında göstərilən və ya alman texniki yardım haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl açıqlanması tərəflərdən heç olmasa biri üçün diplomatik fəaliyyətinin həyata keçirilməsində çətinlik yaranmasına səbəb ola bilərsə
Xarici İşlər Nazirliyi, MN, Müdafiə Sənayesi Nazirliyi, DSX, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Dövlət Gömrük Komitəsi), DİN, İqtisadiyyat Nazirliyi

IV. İQTİSADİ SAHƏDƏ MƏLUMATLAR [9]

Dövlət sirrinə aid edilən məlumatlar
Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
12. Azərbaycan Respublikası iqtisadiyyatının müharibə dövründə sabit fəaliyyət göstərməyə hazırlığını müəyyən edən göstəricilər haqqın-da məlumatlar
DTX, XKX, MN, İqtisadiyyat Nazirliyi, DİN, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi), Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi), Energetika Nazirliyi, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra - DMAA)[10]
13. Azərbaycan Respublikası infrastrukturundan onun müdafiə qabiliyyəti və təhlükəsizliyinin təmin olunması mənafeyi naminə istifadə haqqında məlumatlar
MN, DTX, XKX, DİN, DSX, SHXÇDX, XDMX, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi DMAA
14. İqtisadiyyatın müxtəlif sahələrində prinsipcə yeni məmulatların, texnoloji proseslərin yaradılmasında istifadə oluna biləcək elm və texnika sahəsində en yeni nailiyyətlərin mahiyyətini açıqlayan, habelə silah və hərbi texnikanın, onların döyüş səmərəliliyinin yüksəldilməsi imkanlarının keyfiyyətcə yeni səviyyəsini müəyyən edən məlumatlar, əgər həmin məlumatların yayılması dövlətin mənafeyinə ziyan vura bilərsə
DTX, XKX, MN, İqtisadiyyat Nazirliyi, DSX, Təhsil Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Milli Elmlər Akademiyası, DİN, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi)
15. Dövlətin müdafiə və təhlükəsizlik mənafeyi naminə aparılan elmi tədqiqat, təcrübə-konstruktor və ya layihə işlərinin məzmununu və (və ya) təmayülünü, həmin işlər üzrə xərcləri açıqlayan məlumatlar
İqtisadiyyat Nazirliyi, DTX, XKX, MN, DSX, Maliyyə Nazirliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi, Milli Elmlər Akademiyası, Energetika Nazirliyi
16. Silahların, hərbi texnikanın, xüsusi obyektlərin yaradılması üzrə aparılan elmi tədqiqat, təcrübə-konstruktor işlərinə, habelə rejimli obyektlərin layihələndirilməsinə, tikintisinə və ya yenidən qurulmasına, silah və hərbi texnikanın yaradılmasına, istehsalına və ya təmirinə ayrılmış təxsisatları və ya faktiki xərcləri açıqlayan məlumatlar
MN, DTX, XKX, XDMX, DSX, DİN, İqtisadiyyatNazirliyi, Maliyyə Nazirliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi, Milli Elmlər Akademiyası, Fövqəladə Hallar Nazirliyi
17. Dövlət müdafiə sifarişi planlarını (tapşırıqlarını), silah və hərbi texnikanın istehsal həcmini, onların buraxılışının istehsal gücünü açıqlayan məlumatlar. Müəssisələrin kooperasiya əlaqələri, silah və hərbi texnikanı işləyib hazırlayanlar və ya onların istehsalçıları haqqında məlumatlar, əgər həmin məlumatlar silah və hərbi texnika buraxılışının istehsal gücünə dair göstəriciləri və (və ya) silah və hərbi texnikanın əsas taktiki-texniki xüsusiyyətlərini açıqlayırsa
MN, DTX, XKX, XDMX, DSX, İqtisadiyyatNazirliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi, Milli Elmlər Akademiyası, Fövqəladə Hallar Nazirliyi
18. Silah və hərbi texnikanın metroloji təminat vəziyyətini, onların keyfiyyətcə yeni səviyyəsini müəyyənləşdirən hərbi etalonların və ya metroloji təminat vasitələrinin texniki və ya metroloji xüsusiyyətlərini, silah və hərbi texnika sahəsində standartlaşdırmanın əsas istiqamətlərini və ya inkişaf proqramlarını, habelə standartların məzmununu açıqlayan məlumatlar
MN, Müdafiə Sənayesi Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi [11]
19. Azərbaycan Respublikası iqtisadiyyatının səfərbərlik planının struktur təşkilini və ya göstəricilərini, habelə mərkəzi icra hakimiyyəti orqanlarının və ya ayrı-ayrı təşkilatların səfərbərliyə hazırlıq vəziyyətini, dövlət ehtiyatlarının və (və ya) səfərbərlik ehtiyatlarının dislokasiyasını, faktiki miqdarını, onlardan istifadəni, sənayenin səfərbərlik hazırlığı sahəsində aparılan elmi tədqiqat işlərinin planlarını, məzmununu və ya nəticələrini açıqlayan məlumatlar
İqtisadiyyat Nazirliyi, MN, DSX, SHXÇDX, Milli Elmlər Akademiyası və aidiyyəti olan orqanlar, Fövqəladə Hallar Nazirliyi
20. Silah və hərbi texnikanın istehsalı və təmiri, ümumi tətbiq təyinatlı məhsulların, strateji növlü xammal və materialların istehsalı üzrə səfərbərlik gücləri, həmin güclərin yaradılması və (və ya) inkişafı (saxlanılması), silah, hərbi texnika və səfərbərlik planına daxil edilən əsas növ ümumi tətbiq təyinatlı məhsullara dair sənədlərin sığorta fondlarının vəziyyəti və saxlama yerləri haqqında məlumatlar
MN, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Sənaye Fövqəladə Hallar Nazirliyi si Nazirliyi ,
21. Yanacağın strateji növlərinin müdafiə və təhlükəsizlik məqsədləri üçün göndərilməsinin və ehtiyatlarının həcmlərini açıqlayan məlumatlar
MN, DTX, XKX, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Dövlət Neft Şirkəti
22. Kənd təsərrüfatı məhsullarının strateji növlərinin müdafiə və təhlükəsizlik məqsədləri üçün buraxılışının və ya göndərilməsinin həcmlərini açıqlayan məlumatlar
MN, DTX, XKX, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi
23. Nəqliyyat şəbəkəsinin və nəqliyyat vasitələrinin hərbi məqsədlər üçün hazırlığını, vəziyyətini, təchizatını, habelə hərbi yükdaşımaların təşkilini və həcmini, silah və hərbi texnikanın nəql olunması marşrutlarını, yollarda hərəkətin təhlükəsizliyinin və ya yüklərin qorunmasının təmin edilməsi üzrə rabitə və ya idarəetmə sistemlərinin təşkilini və (və ya) fəaliyyətini, habelə bu məqsəd üçün görülən xüsusi tədbirləri, yükdaşımaların təmin olunması üzrə yolların (dəmiryolların) imkanlarını və (və ya) səfərbərlik ehtiyatlarını, qoşunların yükləmə və ya boşaltma məntəqələrinin dislokasiyasını, ixtisaslaşmasını, güclərini və (və ya) buraxılış qabiliyyətini, həmin məntəqələrə ərzaq, tibbi-sanitar xidmətinin göstərilməsi barədə göstəriciləri açıqlayan məlumatlar
MN, DTX, XKX, DİN, XDMX, DSX, SHXÇDX, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyiİqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi DMAA
24. Nəqliyyat vasitələri, o cümlədən nəqliyyatın ayrı-ayrı növləri üzrə səfərbərlik tələbatını və (və ya) təminatını açıqlayan məlumatlar
DTX, XKX, MN, DSX, SHXÇDX, DİN, İqtisadiyyatNazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi DMAA
25. Bütövlükdə Azərbaycan Respublikası üzrə mülki müdafiə qüvvələrinin və ya vasitələrinin vəziyyəti, əhalinin təhlükəsizliyinin təmin olunma dərəcəsi, ölkənin müdafiə maraqlan üçün istifadə oluna bilən dağ-mədən yerləri, təbii qoruqlar, metropoliten və ya digər qurğular, habelə iri şəhərlərin su təchizatı sxemləri və (və ya) su kəmərlərinin əsas qurğularının və ya onları qidalandıran qurğuların yerləşdiyi yer haqqında məlumatlar
DTX, XKX, XDMX, MN, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
26. Bütövlükdə Azərbaycan Respublikası və ya beynəlxalq müqavilələrin predmeti olmayan ayrı-ayrı iri yataqlar üzrə faydalı qazıntıların strateji növlərinin (neft, neftdə həll olmuş qaz, tantal, niobium, berillium, litium, ittrium qrupuna daxil olan nadir metallar, uran, torium, xüsusi təmiz kvars xammalı) yerin təkindəki sənaye ehtiyatlan haqqında məlumatlar[12]
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi[13]
27. Xarici borclara dair ümumiləşdirilmiş göstəricilər istisna olmaqla Azərbaycan Respublikasının xarici dövlətlərlə nizama salınmamış haqq-hesablarını və ya müharibə dövründə bütövlükdə Azərbaycan Respublikasının xarici ölkələrlə ödəmə balansım açıqlayan məlumatlar
Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank
28. Maliyyə və (və ya) pul-kredit fəaliyyəti haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə
Maliyyə Nazirliyi
29. Rəsmi dərc edilənə qədər pul banknotlarının yeni nümunələri və ya sikkələrin layihələri (yubiley və xatirə sikkələri istisna olmaqla), Azərbaycan Respublikası Milli Bankının banknotlarının saxtalaşdırmadan qorunmasını təmin edən üsullar haqqında məlumatlar
Mərkəzi Bank, Maliyyə Nazirliyi, DTX, XKX,DİN[14]
30. Silah və hərbi texnikanın yaradılması, istehsalı və (və ya) istismarı zamanı yaranan fiziki-kimyəvi hadisələri (sahələri), onların mühafizə olunan parametrlərini açıqlayan məlumatlar
DTX, XKX, MN, DİN, DSX, İqtisadiyyat Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi

V. KƏŞFİYYAT, ƏKS-KƏŞFİYYAT, ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİ SAHƏSİNDƏ MƏLUMATLAR

Dövlət sirrinə aid edilən məlumatlar
Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları
31. Dövlət sirrinin mühafizəsinin təşkilini və ya faktiki vəziyyətini açıqlayan məlumatlar
Dövlət sirinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları
32. Dövlət sirri təşkil edən məlumatların mühafizəsi, informasiyanın icazəsiz müdaxilədən, xarici kəşfiyyatlardan və texniki kanallarla sızmadan mühafizəsi üzrə planlaşdırılan və (və ya) həyata keçirilən tədbirlərin üsul və vasitələrini açıqlayan məlumatlar, habelə bu fəaliyyətin maliyyələşdirilməsi haqqında məlumatlar, əgər onlar sadalanan məlumatlan açıqlayırsa. Şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənilməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-təhlil sistemləri haqqında məlumatlar
DTX, XKX, MN, XDMX, DSX, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi[15]
33. Dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin olunmasının təşkilini, qüvvələrini, vasitələrini və üsullarını açıqlayan məlumatlar, habelə həmin obyektlərin təhlükəsizliyinin təmsin olunması üçün maliyyələşdirməyə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatlan açıqlaya bilərsə
XDMX, DTX, XKX, Maliyyə Nazirliyi
34. Kəşfiyyat, əks-kəşfiyyat və ya əməliyyat-axtarış fəaliyyətinin təşkilini, mənbələrini, qüvvələrini, planlarını, vasitələrini, üsullarını, vəziyyətini və ya nəticələrini açıqlayan məlumatlar, habelə həmin fəaliyyət növlərinin maliyyələşdirilməsinə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatlan açıqlaya bilərsə. Kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfedensial əsaslarla əməkdaşlıq edən və ya etmiş şəxslər haqqında məlumatlar. Əməliyyat-səfərbərlik işinin vəziyyətini, nəticələrini, habelə tədbirlərini açıqlayan məlumatlar
DTX, XKX, MN, DSX, DİN, XDMX, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra Respublika Prokurorluğu), Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra - Vergilər Nazirliyi), Maliyyə Nazirliyi[16]
35. Konkret şəxslərin kəşfiyyat, əks-kəşfiyyat, mütəşəkkil cinayətkarlıqla mübarizə və ya əməliyyat-axtarış bölmələrinin kadr heyətinə mənsubluğunu, habelə həmin orqanların əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərini, dövləti cinayətlərlə bağlı cinayət işləri üzrə aparılan istintaqın qüvvələrini, vasitələrini və üsullarını açıqlayan məlumatlar
DTX, XKX, MN, XDMX, DİN, DSX, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Respublika Prokurorluğu
36. Rabitə vasitələrinin radioelektron kəşfiyyatı orqanlarının fəaliyyətinin qüvvələrini, planlarını, vasitələrini, üsullarını, vəziyyətini və ya fəaliyyətinin nəticələrini açıqlayan məlumatlar, habelə həmin orqanların fəaliyyətinin maliyyələşdirilməsinə dair göstəricilər, əgər onlar yuxanda göstərilən məlumatları açıqlaya bilərsə
DTX, XKX, MN, XDMX, DSX, Maliyyə Nazirliyi
37. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin məzmununu, təşkilini və ya nəticələrini, Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin quruluşunu açıqlayan məlumatlar
DSX, DTX, XKX,
38. Ümumiləşdirilmiş göstəricilər istisna olmaqla, dövlət büdcəsinin Azərbaycan Respublikası müdafiəsinin, təhlükəsizliyinin, hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə bağlı məxaricini, icra hakimiyyəti orqanlarının smetalarındakı ayrı-ayrı maddələr üzrə pul vəsaitinin qoşunların saxlanılması üçün xərclənməsini açıqlayan məlumatlar
MN, DTX, XKX, DİN, XDMX, DSX, İqtisadiyyatNazirliyi, Maliyyə Nazirliyi
39. Dövlətin təhlükəsizlik mənafeyi naminə kadrların hazırlanması və yerləşdirilməsi üzrə tədbirləri açıqlayan məlumatlar
DTX, XKX, MN, DSX, SHXÇDX, XDMX

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.  29 noyabr 2006-cı il tarixli 486 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 948)

2.  11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 19 noyabr 2008-ci il, 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 969)

3.  14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 19 aprel 2008-ci il, 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226)

4.  30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 1 noyabr 2009-cu il, 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 785)

5.  10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 11 fevral 2010-cu il, 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 2, maddə 80)

6.  19 dekabr 2012-ci il tarixli 768 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti 21 dekabr 2012-ci, 285, Azərbaycan qəzeti 22 dekabr 2012-ci, 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 12, maddə 1242)

7.  3 may 2013-cü il tarixli 873 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti 4 may 2013-cü, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 494)

8.  27 dekabr 2013-cü il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Fərmanı ( Respublika qəzeti, 28 dekabr 2013-cü il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1538)

9.  10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı ( Respublika qəzeti, 12 fevral 2014-cü il, 30Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 2, maddə 112)

10.  27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 29 iyun 2014-cü il, 136Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 6, maddə 644)

11.  2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027)

12.  15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 251)

13.  16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384)

14.  8 may 2017-ci il tarixli 1371 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 775)

15.  7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521)

16.  19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9 , maddə 1840)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 29 noyabr 2006-cı il tarixli 486 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 11, maddə 948) ilə II bölmənin 2-ci və 4-cü, III bölmənin 7-ci, 8-ci və 11-ci, IV bölmənin 12-ci, 14-18-ci, 20-ci və 30-cu bəndlərində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi sözləri Müdafiə Sənayesi Nazirliyi sözləri ilə əvəz edilmişdir.

II bölmənin 3-cü bəndindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Material Ehtiyatları Komitəsi (bundan sonra - Dövlət Material Ehtiyatları Komitəsi), sözləri, IV bölmənin 12-ci və 19-cu bəndlərindən Dövlət Material Ehtiyatları Komitəsi sözləri çıxarılmışdır.

II bölmənin 1-ci bəndinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - Fövqəladə Hallar Nazirliyi) sözləri, həmin bölmənin 2-ci, 3-cü və 4-cü, IV bölmənin 12-ci, 13-cü, 16-cı, 17-ci, 19-cu, 20-ci, 24-cü, 25-ci və 30-cu bəndlərinə Fövqəladə Hallar Nazirliyi sözləri əlavə edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Xalq qəzeti, 8 avqust 2017-ci il, 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 8, maddə 1521ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın IV hissəsinin 12-ci bəndində (hər iki halda), 13-cü, 23-25-ci bəndlərində Nəqliyyat Nazirliyi sözləri, II hissəsinin 5-ci bəndində (hər iki halda) və V hissəsinin 32-ci bəndində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[2] 8 may 2017-ci il tarixli 1371 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 775ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın I hissənin 2-ci bəndinin on birinci abzasında MTN - Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi sözləri DTX - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz edilmişdir.

 

[3] 27 dekabr 2013-cü il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Fərmanı ( Respublika qəzeti, 28 dekabr 2013-cü il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1538)) ilə I hissənin 2-ci bəndinin on beşinci abzasında Dövlət Sərhəd Xidməti sözlərindən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on altıncı abzas əlavə olunmuşdur.

 

[4] 8 may 2017-ci il tarixli 1371 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 775ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın I hissənin 2-ci bəndinin on n altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on yeddinci abzas əlavə edilmişdir.

 

[5] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 29 iyun 2014-cü il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 6, maddə 644) ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın II hissəsinin 1-ci (hər iki halda) və 4-cü bəndlərində, III hissəsinin 7, 8, 10 və 11-ci bəndlərində, IV hissəsinin 12-17, 19-27 və 30-cu bəndlərində, V hissəsinin 38-ci bəndində İqtisadi İnkişaf sözləri İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın II hissəsinin 1-ci (hər iki halda) və 4-cü bəndlərində, III hissəsinin 7-ci, 8-ci, 10-cu və 11-ci bəndlərində, IV hissəsinin 12-17-ci, 19-27-ci və 30-cu bəndlərində, V hissəsinin 38-ci bəndində İqtisadiyyat və Sənaye sözləri İqtisadiyyat sözü ilə əvəz edilmişdir.

8 may 2017-ci il tarixli 1371 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan qəzeti, 14 may 2017-ci il, 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 5, maddə 775ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın II hissənin 1-ci 5-ci bəndlərində, III hissənin 8-ci 10-cu bəndlərində, IV hissənin 12-ci 17-ci, 21-ci 25-ci, 29-cu, 30-cu bəndlərində, V hissənin 32-ci 39-cu bəndlərində MTN, akronimi DTX, XKX, akronimləri ilə əvəz edilmişdir.

 

[6] 27 dekabr 2013-cü il tarixli 71 nömrəli Azərbaycan Respublikasının Fərmanı ( Respublika qəzeti, 28 dekabr 2013-cü il, 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 12, maddə 1538)) ilə II hissənin 1-ci bəndinə, III hissənin 8-ci bəndinə, IV hissənin 13, 19, 23 və 24-cü bəndlərinə və V hissənin 39-cu bəndinə DSX, akronimindən sonra SHXÇDX, akronimi əlavə edilmişdir.

 

[7] 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 251) ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın II hissəsinin 4-cü (hər iki halda) və 6-cı bəndlərində, IV hissəsinin 25-ci bəndində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[8] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı ( Respublika qəzeti, 12 fevral 2014-cü il, 30Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 2, maddə 112) ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın II hissəsinin 6-cı bəndində (hər iki halda), III hissənin 8-ci bəndində, IV hissəsinin 12-ci, 15-ci, 21-ci və 26-cı bəndlərində Sənaye və Energetika Nazirliyi sözləri Energetika Nazirliyi sözləri ilə əvəz edilmişdir.

 

[9] 11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 19 noyabr 2008-ci il, 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 11, maddə 969) ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın IV bölməsinin 12-ci bəndində Fövqəladə Hallar Nazirliyi sözlərindən sonra , Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra-DMAA) sözləri, 13-cü, 23-cü və 24-cü bəndlərinə DMAA sözü əlavə edilmişdir.

 

[10] 19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9 , maddə 1840) ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın IV hissəsinin 12-ci bəndindənDövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra - DMAA) sözləri, 13-cü, 23-cü və 24-cü bəndlərindən DMAA abreviaturası çıxarılmışdır.

 

[11] 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 19 aprel 2008-ci il, 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226) ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın IV bölməsinin 14-cü bəndində (hər iki halda) və 18-ci bəndində Agentliyi sözü Komitəsi sözü ilə əvəz edilmişdir.

 

[12] 3 may 2013-cü il tarixli 873 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti 4 may 2013-cü, 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 494ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın IV bölməsinin 26-cı hissəsinin IV. Dövlət sirrinə aid edilən məlumatlar sütunundan mötərizədəki neft, neftlə həll olunmuş qaz sözləri və Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları sütunundan Dövlət Neft Şirkəti sözləri çıxarılmışdır.

 

[13] 30 oktyabr 2009-cu il tarixli 172 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 1 noyabr 2009-cu il, 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 785) ilə təsdiq edilmiş Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın İqtisadi sahədə məlumatlar bölməsinin 26-cı bəndində Sənaye və Energetika Nazirliyi sözlərindən sonra , Fövqəladə Hallar Nazirliyi sözləri əlavə edilmişdir.

 

[14] 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 11 fevral 2010-cu il, 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 2, maddə 80) ilə "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın IV bölməsinin 27-ci bəndinin və 29-cu bəndinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.

 

[15] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 09, maddə 1027ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın II hissəsinin 5-ci bəndində (hər iki halda), V hissəsinin 32-ci bəndində İnformasiya Texnologiyaları sözləri Yüksək Texnologiyalar sözləri ilə əvəz edilmişdir.

 

[16] 19 dekabr 2012-ci il tarixli 768 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti 21 dekabr 2012-ci, 285, Azərbaycan qəzeti 22 dekabr 2012-ci, 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 12, maddə 1242ilə Dövlət sirrinə aid edilən məlumatların Siyahısı nın V bölməsinin 34-cü hissəsində Ədliyyə Nazirliyi, sözlərindən sonra Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra Respublika Prokurorluğu), sözləri əlavə edilmişdir.