S.P.Məmmədxanovun Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sahir Polad oğlu Məmmədxanov Azərbaycan Respublikası vergilər nazırinin birinci müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2016-cı il
№– 1926