Füzuli şəhərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi işğaldan azad edilmiş Füzuli şəhərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. Sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmə səviyyəsinin artırılması və uçot məlumatların dəqiqləşdirilməsi məqsədilə təşkil edilmiş görüşdə baş idarənin rəisi Ələkbər Məmmədov işğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəşt və azadolmaları barədə ətraflı məlumat verib.
Görüşdə vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotuna dair məsələlər geniş müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.