Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Müasir vergi orqanlarının yaradılmasının 25 illiyi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının keçirilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq Qaydalar təsdiq edilib.

Olimpiada seçim və yekun turlarından ibarət olmaqla iki mərhələdə keçiriləcək. Olimpiadanın seçim turu may ayında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun tərtib edilmiş test sualları əsasında aparılacaq. Bu mərhələdə 25 universitetin hər birindən 50 qiymətləndirmə balından yuxarı ən yüksək nəticə göstərən 5 nəfər yarışın final mərhələsinə vəsiqə qazanacaq.

Seçim turunda uğur qazanan namizədlər iyun ayında olimpiadanın yekun turunda iştirak hüququ qazanacaq. Yekun turunun DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil edilməsi nəzərdə tutulur.