DVX əməkdaşları arasında keçirilən minifutbol turniri davam edir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkilatçılığı ilə vergi xidməti əməkdaşları arasında minifutbol turniri davam edir. Hazırda DVX-nin müxtəlif strukturlarını təmsil edən 18 komanda arasında qrup mərhələsi keçirilir. Final oyunu mayın 17-də baş tutacaq. Qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanları təqdim olunacaq.
Qeyd edək ki, minifutbol turniri DVX tərəfindən ənənəvi olaraq keçirilir. Yarışın məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğidir.