Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı danışıqlar aparılıb

Kamboca Krallığının Pnompen şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığının Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə birinci raund danışıqlar keçirilib.

Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Kamboca Krallığı tərəfindən isə Maliyyə və İqtisadiyyat Nazirliyinin Vergi Departamentinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələr nəticəsində saziş layihəsinin əksər maddələri üzrə razılıq əldə olunub, bir neçə maddənin razılaşdırılması məqsədilə danışıqların davam etdirilməsi qərara alınıb.