Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin əməkdaşları arasında minifutbol turnirinə start verilib

Aprelin 12-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan resursları baş idarəsinin təşkilatçılığı ilə DVX əməkdaşları arasında müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr edilmiş minifutbol turnirinə start verilib.

Turnirin açılış mərasimində DVX-nin Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəisi Orxan Məmmədov, İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev iştirak ediblər. Qeyd olunub ki, DVX tərəfindən əməkdaşların funksional fəaliyyəti ilə yanaşı, onların işdən kənar fəaliyyətinə, asudə vaxtlarının təşklinə xüsusi diqqət yetirilir, bu məqsədlə müxtəlif turnirlər, yarışlar və digər tədbirlər keçirilir. Bu yarış da yalknız idman ruhunu və fiziki sağlamlığı təşviq etmək məqsədi daşımır, həmçinin əməkdaşlığı, dostluğu və komanda işini gücləndirməyə xidmət edir.

Açılış mərasimindən sonra turnirə start verilib. Yarışda DVX Aparatına və xidmətin strukturuna daxil olan qurumların 18 komandası iştirak edir. 6 həftə davam edəcək turnirin yekununda qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanları təqdim ediləcək.