Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“İşğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri” mövzusunda görüş keçirilib

Qarabağ Ərazi Vergilər Baş İdarəsinin əhatə etdiyi ərazilərdə fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüş iştirakçılarına vergi ödəyicilərinin uçota alınması, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, həmin ərazilərin rezidentləri üçün nəzərdə tutulan vergi güzəştləri və azadolmalar barədə ətraflı məlumat verilib. Bundan başqa, Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyaları, məcburi dövlət sosial sığorta məbləğinin subsidiyalaşdırılması ilə bağlı məlumatlar sahibkarların diqqətinə çatdırılıb.

Görüşdə vergi ödəyicilərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.