Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vahid bəyannamənin forması və onun əlavələri yeni redaksiyada təsdiq edilib

Bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyəti, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılmış müzakirələrin, habelə vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları, eləcə də onların tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Yeni redaksiyada təsdiq edilmiş bəyannamə forması və əlavələr aşağıdakılardır:

  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №1”in (İşçilər (sığortaolunanlar) barədə məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №2”nin (Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə xarici əməkdaşlar barədə illik məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqavilələrinə vaxtından əvvəl xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №4”ün (İşçilərin muzdlu işlə əlaqədar cəlb olunmayan gəlirləri barədə məlumat) forması və onun tərtib edilməsi qaydası.

Dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.

Yeni bəyannamə (hesabat) formas, onun əlavələri və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar