Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirici bukletlər hazırlanıb
Vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərlə bağlı maarifləndirici bukletlər hazırlanıb. Materiallar DVX-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Aşağıdakı keçiddən istifadə etməklə bukletlərlə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler