Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Naxçıvan MR üzrə işsizlikdən sığorta vəsaitlərinin hesab rekvizitləri yenilənib

2025-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası üzrə işsizlikdən sığorta vəsaitləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin xəzinə hesablarına köçürülməlidir. Naxçıvan Muxtar Respublikası üzrə bütün vergi ödəyicilərinin yeni rekvizitlər barədə məlumatlandırılması məqsədilə müvafiq məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib: https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi
 

İşsizlikdən sığorta üzrə yığımlara dair büdcə təsnifat kodları aşağıdakı kimidir:

123100 - İşəgötürənlərin əməyi fondundan hesablanan işsizlikdən sığorta haqqı

123200 - İşləyənlərin əməkhaqlarından hesablanan işsizlikdən sığorta haqqı

123300 - İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş digər gəlirlər.

Büdcə səviyyə kodu: 4

 

İşsizlikdən sığorta üzrə faiz, cərimə və sanksiyalara dair büdcə təsnifat kodları aşağıdakı kimidir:

126100 – İşsizlikdən sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyalarından daxilolmalar

126200 – İşsizlikdən sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar

126300 – İşsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar

Büdcə səviyyə kodu: 4