Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ümummilli liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ilk yarımfinal mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzə turnirin ilk yarımfinal mərhələsi keçirilib.

Açılış mərasimində çıxış edən xidmət rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov bilik yarışına olan yüksək maraq, iştirakçılıq təşəbbüslərinin artması və əvvəlki illlərdə keçirilmiş yarışların uğurlu nəticələri barədə məlumat verib. Elçin Məmmədov belə tədbirlərin əməkdaşlar arasında komanda ruhunun güclənməsi, bilik və təcrübə mübadilələrinin artması, məntiqi düşünmə bacarıqlarının və birgə iş səriştələrinin inkişafı baxımından faydalı olduğu qeyd edib. Bildirib ki, “Nə? Harada? Nə zaman?” intellektual oyununun hər il keçirilməsi artıq ənənə halına çevrilib. Turnir əməkdaşların asudə vaxtlarının səmərəli təşkili baxımından da böyük əhəmiyyətə malikdir.

Ümumilikdə 44 komandanın iştirak etdiyi yarışın ilk yarımfinal mərhələsinə əvvəlcədən keçirilmiş püşkatma nəticəsində seçilmiş 22 komanda qatılıb. 6 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin münsiflər heyəti tərəfindən qiymətləndirilib. İlk yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 11 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.

İntellektual turnirin ikinci yarımfinal mərhələsi aprel, final isə may ayında keçiriləcək.