Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

IOTA prezidenti Orxan Nəzərlinin sədrliyi ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının İcraiyyə Şurasının iclası keçirilib

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin sədrliyi ilə Təşkilatın 152-ci İcraiyyə Şurasının iclası keçirilib.

İcraiyyə Şurasının iclasında çıxış edən IOTA prezidenti Orxan Nəzərli Dövlət Vergi Xidmətinin IOTA-ya prezidentliyi dövründə ortaq təşəbbüslərin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə diqqət çəkərək, vergi administrasiyaları arasında əməkdaşlığın faydalarını vurğulayıb. IOTA prezidenti vergi sistemlərinin inteqrativ fəaliyyətinin təşkilatın inkişafına potensial töhfələri barədə danışıb, təşkilatın vergi administrasiyaları üçün səmərəli əməkdaşlıq platformasına çevrildiyini və bundan bütün üzv ölkələrin faydalandığını bildirib. Orxan Nəzərli DVX-nin IOTA-ya prezidentliyi müddətində müəyyənləşdirilmiş prioritetlər və onların reallaşması ilə bağlı fəaliyyət planı barədə məlumat verib.

İcraiyyə Şurasının iclası çərçivəsində qurumun İnsan Resursları Strategiyasının rəsmi qəbulu, 2025-ci il üçün Strateji Planının İcrası, IOTA Forumlarının mandatının müəyyənləşdirilməsi məsələləri müzakirə edilib. IOTA-nın yeni internet səhifəsi, digər beynəlxalq təşkilatlarla əməkdaşlığı və büdcəsinin icrası haqqında məlumat təqdim olunub.