Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Şikayətlərin faktiki sayı 8,5 faiz azalıb

2024-cü il ərzində ümumilikdə vergi orqanlarına 472.628 müraciət daxil olub. Onların 96,1 faizini ərizələr, qalan hissəsini şikayətlər və müxtəlif təkliflər təşkil edib. Müraciətlərin 97,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 2,2 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 53,9 faizi həll edilib, 44,2 faizi ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Şikayətlərin faktiki sayı 13.935 olub ki, bu da 2023-cü illə müqayisədə təxminən 8,5 faiz azdır. Həll edilmiş şikayətlər, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi borcları, şəxsi hesab vərəqələri, riskli vergi ödəyiciləri, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), maliyyə sanksiyalarının silinməsi, artıq ödənilmiş vergilərin əvəzləşdirilməsi, operativ vergi nəzarəti tədbirləri və digər məsələlərlə bağlı olub.

2024-cü ildə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 823 vətəndaşın, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 47 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.