Naxçıvanda kommersiya qurumlarının 83 faizi elektron qaydada qeydiyyata alınıb
2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında 6.682 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Onların 6.386-sı fiziki şəxslər, 296-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2023-cü illə müqayisədə 6,7 faiz artıb.
Ötən il kommersiya qurumlarının 83 faizi elektron qaydada, 17 faizi isə kağız daşıyıcısında müraciətlər əsasında qeydiyyata alınıb.